Kommunist Albaniyasinda Islam - Wikipedia
Kommunist Albaniyasında İslam — Albaniya Əmək Partiyası və Ənvər Xoca tərəfindən idarə olunan bu rejim üçün təhlükə hesab olunurdu. Kommunist hökuməti alban kimliyinə nail olmaq üçün alban millətçiliyi vasitəsilə kommunist partiyasının sosial, mədəni və dini təbliğatı ilə Alban cəmiyyətini kökündən dəyişdirməyə çalışırdı.
Milli dirçəliş dövründən və müharibə dövründən götürülmüş dünyəviləşmə prinsipləri müharibədən sonrakı dövrdə də istifadə olunmağa davam etdi. Bundan əlavə, dini ictimai sahədən təcrid etmək üçün daha radikal yanaşmalar tətbiq olundu və Albaniya 1967-ci ilə qədər özünü ateist dövlət elan etməyə imkan verdi. Albaniyada müsəlmanların tətbiq etdiyi islam kommunizm dövründəki təqiblərə görə köklü dəyişikliklərə məruz qalmışdır.
Müsəlman ruhaniləri həbsxanaya atılır, minarələrin, məscidlərin, təkkələrin və sufi ziyarətgahlarının əksəriyyəti dağıdılır, müsəlmanların dini ayinləri qadağan edilirdi. İslam dininin tərəfdarları xüsusi xidmət orqanları tərəfindən dövlət nəzarətinə məruz qalır, itaətsiz vətəndaşlar isə cəzalandırılırdı. Nəticədə, Albaniya kommunist rejimi altında doğulan uşaqların İslam dini haqqında heç bir məlumatı yox idi.
Ayrı-seçkilik və yeni təqib (1945–1966)
redaktəİkinci Dünya müharibəsindən sonra kommunist rejimi hakimiyyətə gəlir və əksəriyyəti Albaniyanın cənubundan olan müsəlmanlar ilk olaraq kommunist rəhbərliyində, o cümlədən Ənvər Xoca (1908–1985) və onun müavini Mehmet Şehu (1913–1981) təmsil olundular[1]. Alban cəmiyyəti hələ də ənənəvi olaraq dörd dini icma arasında bölünmüşdü[2]. 1945-ci il Alban siyahıyaalmasında müsəlmanlar əhalinin 72%-ni, 17,2%-ni pravoslavlar və 10%-ni katoliklər təşkil edirdi. Kommunist rejimi milli birlik anlayışı vasitəsilə unitar alban kimliyini formalaşdırmaq üçün dini və digər fərqlilikləri aşan və bulanıqlaşdıran milli kimlik yaratmağa çalışırdı[3]. Alban kommunistləri dinə millətin birliyini pozan sosial təhlükə kimi baxırdılar. Bu kontekstdə İslam kimi dinlər əcnəbi, müsəlman müftilər kimi din xadimləri isə sosial cəhətdən geridə qalmış kimi tənqid edilib , alban maraqlarına xələl gətirən agentlər kimi qiymətləndirilib. 1949-cu ildə dini qurumları Albaniya Kommunist Partiyasını təbliğ etməyə məcbur edən qanun qəbul edilir. Eyni zamanda, bütün dini icmaların qərargahı Albaniyada olmalı idi[4]. Bəktaşilərin kommunist dövləti ilə din xadimləri üçün məqbul sayılan fəaliyyətləri müəyyən edən və kommunist təbliğat kampaniyalarında iştirak etdiyini bildirən müqavilələr bağlamaqda heç bir problem yox idi. İkinci Dünya müharibəsində Bəktaşi ruhanilərinin və tərəfdarlarının bir hissəsi vətən uğrunda döyüşlərdə həlak olduğu və partiya rəhbərləri də Bəktaşi nəslindən olduğu üçün o dövrdə kommunistlər Bəktaşi və Sünni müsəlmanlara fərqli münasibət bəsləyirdilər[5]. Eyni zamanda, Mustafa Əfəndi Varoşi (Dürres müftisi), Hafiz İbrahim Dibra (Albaniyanın keçmiş baş müftisi) və Camal Pazari (Tiranadan olan görkəmli şeyx) kimi sünni müsəlman ruhanilərinin bir çox üzvləri kommunistlər tərəfindən ittiham olundular. Axisin işğalçı dövlətləri ilə əməkdaşlıq etdiyinə görə həbs ediliblər.
Dini liderlər kommunist partiyası tərəfindən seçilir və vəkil kimi fəaliyyət göstərirdilər və bu proses qəddarlıqla gedirdi, sünni müsəlman liderləri həbs edilib öldürülürdü. Bir müddət sonra eyni aqibət bektaşi liderlərinin başına gəlir. 1947-ci ilə qədər kommunist rejimi 44 müsəlman din xadimini həbs etdirir. Alban həbsxanalarındakı xristian həmkarlarından fərqli olaraq, kommunist rejimi tərəfindən həbs edilən müsəlman ruhaniləri alban diaspor təşkilatları istisna olmaqla, faktiki olaraq heç bir beynəlxalq diqqətə layiq görülmədilər. 1949-cu ilə qədər sünni Alban icması Baş Müfti Hafiz Musa Əlinin rəhbərliyi altında Ənvər Xocanın müəyyən tələbləri yerinə yetirməsinə və şərait yaratmasına çalışdı. Bunlara maddi yardım, gələcək müsəlman ruhanilərinin hərbi xidmətdən azad edilməsi və Quranın alban dilinə tərcüməsi daxildir. Birincilər qəbul olunsa da, sonuncu tələb rədd edilir. 1950-ci ildə kommunist hökuməti Albaniyada dörd dinin statusu ilə bağlı müddəaları müəyyən edən 743 saylı qanunu qəbul edir. O dövrdə sünni icması Baş Şura tərəfindən idarə olunurdu və onun maliyyəsi əlaqəli büdcələrdən və əmlak ianələrindən gəlirdi. Albaniyadakı Bektaşi ordeni dünya qərargahı olduğundan, kommunistlər onlarla əlaqəli xarici icmalarla əlaqəyə icazə verirdilər, baxmayaraq ki, bu Albaniyada digər dinlər üçün qadağan idi. 1955-ci ildə Hafiz Süleyman Mirto müsəlman icmasının baş müftisi, 1966-cı ilin mayından 1967-ci ilin fevralınadək isə Hafiz Əsəd Miftiya kommunist Albaniyasında sonuncu müfti olub. 1945-ci ildən sonra müsəlman vəqfləri kimi maddi mülklər, torpaqlar və icma elementləri dövlət tərəfindən müsadirə edilir[6]. Tirandakı mədrəsə 1965-ci ildə bağlanılır, 1965-ci ilə qədər məscidlər təmir üçün vəsait olmadığından bərbad vəziyyətdə düşür.
Müsəlman memarlıq irsi alban kommunistləri tərəfindən Osmanlı dövrünün istənməyən qalığı kimi qəbul edilirdi. 1965-ci ildə kommunist rejimi Çin modeli əsasında mədəni inqilaba başlanılır və nəticədə əksər məscid minarələri İslam memarlığının xüsusiyyəti olduğuna görə geniş şəkildə dağıdılır. 1967-ci ilə qədər yalnız 60 Bektaşi təkkəsi işlək vəziyyətdə qalır. 1960-cı illərdən başlayaraq kommunist rejiminin anti-din siyasəti kontekstində valideynlərə yeni doğulan uşaqlarına dini olmayan adların verilməsi tapşırılıb. Albaniya Kommunist Partiyası İslamı işğalçı ölkə olan Osmanlı imperiyasının dini hesab edirdi. Kommunizm dövründə millətçi baxışlı çoxsaylı alban tarixçiləri (Ramazan Marmallaku, Kristo Fraşeri, İskəndər Anamalı, Stefanak Pollo, İskəndərr Rizay və Arben Puto) bilərəkdən Osmanlı dövlətinə qarşı "türk vəhşiliyi" və "qəhrəman xristian müqaviməti"ni vurğulayırdılar. Bu anti-islam və anti-türk təbliğat meyllərinə müqavimət göstərən alimlər təqib olunur, kommunist rejimi isə orta əsr albanları ilə bağlı mifləri gündəmə gətirir, onları "qəhrəman proletariat" adlandırırdı.
Sekulyarlaşma, ikonoklazma və təqib (1967–1991)
redaktəPaşko Vasanın 19-cu əsrin sonlarında alban birliyi vasitəsilə dini fərqlilikləri aradan qaldırmağın zəruriliyi haqqında şeirindən ilhamlanaraq, Xoca "Albanların imanı albanlıqdır" misrasını götürür və onu hərfi mənada dövlət siyasəti kimi həyata keçirdi[7]. 1967-ci ildə kommunist rejimi ictimai yerlərdə dini ayinlərin bütün formalarını qadağan edərək Albaniyanı dünyada yeganə qeyri-dini və ateist ölkə elan edir[8][9]. Sünni müsəlman və bektaşi ruhaniləri, katolik və pravoslav həmkarları ilə birlikdə şiddətli təqiblərə məruz qalırlar, Albaniyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin qarşısını almaq üçün onların bir çox rəhbərləri öldürülür. Albaniyada xütbə də daxil olmaqla məsciddə cümə və ya ümumi cümə namazı qılınması qadağan edilir[10]. Hələ də dini ayinləri yerinə yetirən insanlar bunu gizli aparırdılar. Quran kimi dini ədəbiyyata sahib olmaq qadağan edilir. Bəktaşi tərəfdarları arasında əsasən kənd yerlərində yaşayan bir neçə ailə dairəsi daxilində biliklərin ötürülməsi məhdudlaşmağa başlayır[11]. Məscidlər kommunizm ideyalarını hər cür yayan alban kommunistlərinin hədəfinə çevrilir. Məscidləri dağıdan və dini qadağan edən kommunistlər onu partiya ideologiyası ilə əvəz edirlər. Beləliklə, İslami binalar idman zalı, anbar, tövlə, restoran, mədəniyyət evləri və kinoteatrlara çevrilərək şənlik məqsədləri üçün istifadə olunmağa başlanılır. Kommunist rejimi siyasətləri ilə Albaniyada müsəlman həyat tərzini və İslam mədəniyyətini məhv edir[12]. 1967-ci ildə yeddi ay ərzində kommunist rejimi 2169 müsəlman binasını və digər abidələri dağıdıb. Bunlardan 530-a yaxın təkkə, türbə və s. var idi ki, bunlar əsasən Bəktaşi təriqətinə aiddir. Bundan sonra bektaşilərin bu ziyarətgahlara ziyarəti məhdudlaşdı və yalnız müəyyən yerlərdə baş tuturdu. Bununla belə, guya bu görüşlərin hansısa dolayı məqsədlə, məsələn: piknik üçün keçirildiyi iddia edildi. 740 məscid dağıdılır, onlardan bəziləri görkəmli memarlıq obyektləri idi. Onların arasında XVII əsrdə tikilmiş Kavaydakı Kubeli məscidi, Pekinidəki məscid və Elbasandakı iki məscid diqqəti cəlb edir. Kommunistlər hakimiyyətə gələnə qədər Albaniyada mövcud olan təqribən 1127 İslam binasından yalnız 50 məscid qalıb ki, onların da əksəriyyəti yararsız hala düşüb. Kommunistlərin mədəni və tarixi əhəmiyyətli obyektlər hesab etdikləri bir sıra məscidlər, məsələn: Vloredəki Muradiyyə məscidi, Şkodradakı Qurğuşun məscidi, Elbasandakı Nazireş məscidi, Bekardakı Qurğuşun məscidi, Beratdakı Hisen Paşa, Durresdəki Fatih məscidi, Krujadakı Bazar məscidi, Dibra bölgəsindəki Allaqbeqi məscidi, Korcedəki Mirahor məscidi, Qirokastradakı Təkə məscidi və Saranda bölgəsindəki Qjin Aleksi məscidi. Həmçinin mədəniyyət abidəsi elan edilən Tirandakı Efem Bəy məscidinə dualar və İslami ayinlər yeri kimi icazə verilirdi ki, buda ancaq xarici müsəlman diplomatlar üçün nəzərdə tutulurdu. 1991-ci ildə Tiranada yalnız iki məscid ibadət üçün istifadə edirdi və Osmanlı dövründən qalan yalnız doqquz məscid kommunist diktaturasından qurtulur[13]. Cənubi Albaniyadan olan bəzi alban müsəlmanları pravoslavlarla birlikdə tez bir zamanda şəhərləşdilər və müharibədən sonra dövlətə inteqrasiya etdilər. Katoliklərlə yanaşı, mərkəzi və şimal Albaniyanın sünni müsəlman alban əhalisi əsasən marginallaşmış və 1970 və 1980-ci illərdə həddindən artıq sıxlıq və iqtisadi çətinliklər yaşayan Alban dövlətinə az inteqrasiya olunmuşdu[11]. Beləliklə, son kommunist dövründə bu bölgələrdə katoliklərin və alban müsəlmanlarının nisbəti Albaniyanın cənubundakı pravoslav icmasından daha çox artır. Dinə çox diqqət yetirilmədiyi üçün müsəlmanların pravoslav və ya katoliklərlə bəzi nikahları kommunizmin sonlarında və əsasən elita arasında baş verirdi[14][15].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Jelavich, Barbara. History of the Balkans. Cambridge: Cambridge University Press. 1983. səh. 379. ISBN 9780521274593.
Enver Hoxha shehu Muslims.
- ↑ Duijzings, Gerlachlus. Religion and the politics of identity in Kosovo. London: Hurst & Company. 2000. ISBN 9781850654315. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Czekalski, Tadeusz. The shining beacon of socialism in Europe: The Albanian state and society in the period of communist dictatorship 1944–1992. Krakow: Jagiellonian University Press. 2013. ISBN 9788323335153.[ölü keçid]
- ↑ Crampton, Richard. The Balkans since the Second World War. London: Routledge. 2013. ISBN 9781317891178. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Blumi, Isa; Krasniqi, Gëzim. Albanians' Islam // Cesari, Jocelyne (redaktor). The Oxford Handbook of European Islam. Oxford: Oxford University Press. 2014. 475–516. ISBN 9780191026409. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Bogdani, Mirela; Loughlin, John. Albania and the European Union: the tumultuous journey towards integration and accession. London: IB Tauris. 2007. ISBN 9781845113087. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Trix, Frances. "The Resurfacing of Islam in Albania". East European Quarterly. 28 (4). 1994: 533–549. 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Poulton, Hugh. Who are the Macedonians?. Bloomington: Indiana University Press. 1995. ISBN 9781850652380. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Füsun, Özerdem; Hunter, Alan. Religion in Turkey's domestic and international agendas: Human security perspectives // Özerdem, Alpaslan; Özerdem, Füsun (redaktorlar ). Human Security in Turkey: Challenges for the 21st century. Routledge. 2013. ISBN 9781136658105. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Akhtar, Shabbir. Islam as political religion: The future of an Imperial Faith. New York: Routledge. 2010. ISBN 9781136901430. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ 1 2 Clayer, Nathalie. God in the 'Land of the Mercedes.' The Religious Communities in Albania since 1990 // Jordan, Peter; Kaser, Karl; Lukan, Walter (redaktorlar ). Albanien: Geographie - historische Anthropologie - Geschichte - Kultur - postkommunistische Transformation [Albania: Geography - Historical Anthropology - History - Culture - postcommunist transformation]. Frankfurt am Main: Peter Lang. 2003. 277–314. ISBN 978-3-631-39416-8. 2016-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Jordan, Peter. An exception in the Balkans: Albania's Multiconfessional Identity // Brunn, Stanley D. (redaktor). The changing world religion map: Sacred places, identities, practices and politics. Dordrecht: Springer. 2015. 1577–1598. ISBN 9789401793766. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Ramet, Sabrina. Nihil obstat: religion, politics, and social change in East-Central Europe and Russia. Durham: Duke University Press. 1998. ISBN 9780822320708. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ De Waal, Clarissa. Albania Today: A portrait of post-communist turbulence. London: IB. Tauris. 2005. ISBN 9781850438595. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ Bowers, Stephen R. "The Islamic factor in Albanian policy". Institute of Muslim Minority Affairs Journal. 5 (1). 1984: 123–135. doi:10.1080/02666958408715886.