Karagandi - Wikipedia
Karağandı - Haqqında Məlumat
Bu məqalə Karağandı şəhəri haqqındadır. Digər mənalar üçün Karağandı vilayəti səhifəsinə baxın. |
Karağandı (qaz. Қарағанды) — Qazaxıstanda şəhər, Karaqanda vilayətinin mərkəzi. Bir zamanlar böyük sənaye, elm və mədəniyyət mərkəzi olmuşdur. Şəhər statusunu 10 fevral 1934-cü ildə almışdır. Şəhərin sahəsi təxminən 550 km2 təşkil edir. Coğrafi yerləşməsi: 49°53′ şm. e. 73°10′ ş. u.HGYO.
Karaqanda | |
---|---|
Қарағанды | |
49°48′ şm. e. 73°07′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1931 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 546 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 100001–100030 |
Nəqliyyat kodu | M, 09 |
Digər | |
karaganda-akimat.gov.kz/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhali sayına görə Karağandı şəhəri Karağanda vilayətində birinci yerdə durur — 480 075 nəfər (2012). Bütün ölkədə isə 4-cü ən çox əhali məskunlaşan şəhərdir (Alma-Ata, Astana və Şımkənddən sonra). Qazaxıstan müstəqillik qazanana qədər bu şəhər Qazaxıstan SSR-in ikinci ən çox əhali məskunlaşan şəhəri olmuşdur.
Şəhərin milli tərkibi belədir (1 yanvar 2010-cu ilə görə):
- ruslar — 214 969 nəfər. (45,57 %)
- qazaxlar — 171 038 nəfər. (36,25 %)
- ukraynalılar — 22 631 nəfər. (4,80 %)
- almanlar — 15 608 nəfər. (3,31 %)
- tatarlar — 14 395 nəfər. (3,05 %)
- koreyalılar — 7 423 nəfər. (1,57 %)
- belaruslar — 5 484 nəfər. (1,16 %)
- polyaklar — 2 535 nəfər. (0,54 %)
- çeçenlər — 2 127 nəfər. (0,45 %)
- azərbaycanlılar — 1 502 nəfər. (0,32 %)
- başqırdlar — 1 404 nəfər. (0,30 %)
- mordvalar — 1 029 nəfər. (0,22 %)
- özbəklər — 1 028 nəfər. (0,22 %)
- moldovanlar — 809 nəfər. (0,17 %)
- çuvaşlar — 714 nəfər. (0,15 %)
- litvalılar — 615 nəfər. (0,13 %)
- yunanlar — 531 nəfər. (0,11 %)
- digərləri — 7 933 nəfər. (1,68 %)
- Cəmi — 480 075 nəfər. (100,00 %)