Kamal Abdullayev Alim - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kamal Mehman oğlu Abdullayev (19 dekabr 1936, Əcəxur, Hil rayonu) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli.[1]
Kamal Abdullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Əcəxur, Qusar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət Neft Akademiyası |
Təhsili | |
Elmi rəhbəri | professor İ.Z.Makinski |
Mükafatları |
|
Həyatı
redaktəKamal Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mehman Hacıbala oğlu Abdullazadə Qusarda maarifçilik sahəsində böyük xidmətlər göstərmiş, uzun illər müəllim və məktəb direktoru vəzifələrində işləmiş və böyük nüfuza malik şəxsiyyət olmuşdur.
Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnmiş və 1956-cı ildə isə bəraət almışdır. Hazırda Əcəxur kənd orta məktəbi Mehman Abdullazadənin adını daşıyır, məktəbin həyətində onun heykəli qoyulmuşdur. Atası güllələndikdən sonra Kamal Abdullayevin ailəsi rayondan sürgün olunmuş, evləri, əşyaları və atasının kitabxanası müsadirə edilmişdir.
Sürgündən qayıtdıqdan sonra Kamal Abdullayev kənd məktəbini əla qiymətlərlə bitirib, "İstilik texnikası" ixtisası üzrə Bakı Energetika Texnikumuna qəbul edilmiş və texnikumu fərqlənmə diplomu ilə bitirmişdir.
O, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) imtahansız qəbul edilmişdir.
Görkəmli elm xadimi, professor K. M. Abdullayev XX əsrin səksəninci illərinin sonunda Azərbaycanda yaranan gərgin ictimai-siyasi mühitdə respublikanın şimalında fəallaşan "sadval"çılara qarşı kəskin mövqedə dayanaraq, onlara layiqli cavab verirdi.
O, 2003 və 2008-ci illərdə keçirilən prezident seçkilərində hörmətli Prezidentin səlahiyyətli vəkili, sonuncu prezident seçkilərində isə Qusar rayonu üzrə müşahidəçi olmuş, dövlətçiliyimizə, YAP-a sadiq, ləzgi millətinin nüfuzlu, ziyalı ağsaqqalı və böyük hörmətə layiq görkəmli, çox məhsuldar alimi və pedaqoqu olduğunu təsdiq etmişdir.
Fəaliyyəti
redaktəKamal Abdullayev professor İ. Z. Makinskinin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir.
O, Sumqayıt, Şirvan və Şimal istilik stansiyalarının tikintisi ilə əlaqədar texniki ekspert kimi "Azərenerji" xətti ilə İran İslam Respublikasında, Türkiyədə və Çində ezamiyyətdə olmuş və yeni texnikanın tətbiqində böyük rolu olmuşdur. Kamal Abdullayev 1966-cı ildən 1972-ci ilə kimi institutda dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1972-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" kafedrasının müdiri və kafedranın nəzdindəki problem laboratoriyasına rəhbərlik edir. 20 ilə yaxın energetika fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
Kamal Abdullayev 1978-ci ildə Moskvada Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmiş və 1980-ci ildə professor elmi adını almışdır.
O, beynəlxalq və Gürcüstan Milli Energetika akademiyalarının həqiqi üzvü seçilmiş və 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə M. Lomonosov adına medalla, elmi nəticələrinə görə isə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunmuşdur. Kamal Abdullayev 1981-ci ildə mühəndis və elmi kadrlarının hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın "Əlaçı fəxri energetik" adı ilə təltif edilmişdir. 2000-ci ildə ona Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adı verilmiş və Y. Məmmədəliyev adına medalla təltif olunmuşdur. Kamal müəllim uzun müddət ADNA-da fəaliyyət göstərən və istilik energetikası üzrə bütün Qafqazı əhatə edən Dissertasiya Müdafiə Şurasının sədri olmuşdur. Hazırda müxtəlif texniki və elmi şuraların üzvü və Təhsil Nazirliyinin Elmi Metodik Şurası Energetika bölməsinin sədri, müxtəlif texniki, o cümlədən beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür.
K. M. Abdullayev dəniz suyunu şirinlləşdirmək məqsədilə son illərdə geniş tətbiq olunan əks-osmos üsulunun təkmilləşdirilmiş yeni variantını təklif etmişdir. O, 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirmişdir. K. M. Abdullayev İngiltərədə və Moskvada nəşr olunmuş 4 monoqrafiyanın, 300-dən artıq elmi əsərin və 20-dən artıq ixtiranın müəllifidir.
Müstəqilliyin ilk dövrlərində ali texniki məktəblərdə əsasən texnika sahəsində Azərbaycan dilində dərsliklərin yox dərəcəsində olduğunu nəzərə alan alim Azərbaycan dilində istilik energetikası sahəsində dərsliklər yazmağa başlamış və nisbətən qısa müddət ərzində onlarca irihəcmli dərsliklər nəşr etdirmişdir.
Elmi əsərləri
redaktəKitabları
redaktə4 monoqrafiyası çap olunmuşdur.
Məqalələri
redaktə300-dan artıq elmi məqaləsi çap olunmuşdur.
İstinadlar
redaktə- ↑ "Bir ömürdə min ömür yaşayan görkəmli alim və pedaqoq". 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.