Gürcü, sonra isə alan-yas və Şimali Qafqaz qıpçaq qoşunlarını darmadağın edəndən sonra, Sabutay bahadur və Cebe noyonun başçılığı altında monqol-tatar ordusunun iki tüməni(20 min süvari) 1223-cü ildə Krıma sonra isə qıpçaq çöllərinə soxuldular. Qıpçaq xanı Kötən xan rus knyazlarından kömək dilədi. Kiyevdəki knyaz şurasında düşməni qarşılamaq qərarı verildi. Apreldə rus və qıpçaq qoşunu, şırımlı yerində(Zaporojye) Dnepri keçərək, rəqibi, avanqardını geri oturdaraq, geri çəkilməyə məcbur etdi. İlk uğur rusları və qıpçaqları ruhlandırdı, və onlar şərqə hərəkət etdilər. 9 gündən sonra Kalka çayında rus-qıpçaq qoşunu(40 min rus və 20 min qıpçaq) monqol-tatarların əsas qüvvəsi ilə qarşılaşdı.
Rus knyazlarının şurasında ziddiyətlər yarandı. Kiyevli Mstislav monqol-tatarları Kalkanın sağ tərəfində qarşılamağı təklif etdi. Başqa knyazlar monqolların qüvvəsini dəyərləndirməyərək, dərhal Kalkanın sol tərəfinə keçməyi və rəqibə hucum etməyi təkid edirdilər. Ziddiyətlər qoşunların vahid planla hərəkətinə əngəl oldu. Kiyevli Mstislavın qoşunu Kalkanın sağ tərəfində möhkəmləndirilmiş düşərgə saldılar. Qaliç knyazı Udaloy(Cəsur)Mstislavın, Volın knyazı Danilin və qıpşaqların qoşunları Kalkanın o biri tərəfinə keçdilər. Yarun xanın və knyaz Danilin başçılığı ilə müttəfiqlərin avanqardı monqollarla döyüşə girdilər. Rusların dirənişinə baxmayaraq, qıpçaqlar təzyiqə dözmədi və qaçmağa başladı və qaçaraq arxada duran rus alaylarının cərgələrinə çaşqınlıq saldılar. Qıpçaqların yedəyində gələrək monqollar Qaliç-Volın qoşunlarına hucum etdilər. Döyüş qaydasına düzülə bilməyən ruslar döyülməyə başladı. Cəsur Mstislavın və başqa rus knyazlarının qaçan dəstələrinin yedəyində monqollar qoşunlarının bir hissəsi ilə, Kiyevli Mstislavın düşərgəsini mühasirəyə aldılar. Üç gün ruslar müqavimət göstərdilər. Ancaq monqolların onlara aman verməsi vədi müabilində təslim oldular. Monqollar bundan istifadə edərək rus əsirlərinin demək olar hamısını qırdılar. Rus-qıpçak qoşunları darmadağın edildi. Ancaq tək Kiyevli Mstislav 10 min adam itirdi. Monqolların itkiləri dəfələrlə az idi. Rusların məğlubiyəti feodal pərakəndəliyin, rəqibin qüvvələrinin yetərincə dəyərləndirilməməsinin və qıpçaqların etibarsızlığının nəticəsi idi. Monqolların qələbəsi, sayca rəqibdən üç dəfə az olmağına baxmayaraq, sərt nizam-intizamla və dəmir iradə ilə idarə olunan ordunun üstünlüyünün parlaq nümunəsi idi.