Kalium Gubreleri - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kaliumlu gübrələr azotlu və fosforlu gübrələr kimi bitkilərin qidalanması üçün vacibdir. Ona görə də çıxarılan kalium duzlarının təxminən 90%-i kaliumlu gübrələr kimi istifadə olunur.
Kalium hüceyrənin üzvi birləşmələrinin tərkibinə daxildir. Kalium gübrələri üçün xammal təbii kalium duzlarıdır. Torpaqda kaliumun çatışmaması məhsuldarlığı və bitkilərin əlverişsiz şəraitə davamlılığını azaldır.
Kalium gübrələri xlorid və sulfatlar olmaqla iki qrupa bölünür.
Kalium xlorid istehsalı üçün xammal silvinit mineralıdır ki, o, silvin (KCl) və qalit (NaCl) qarışığından ibarətdir, tərkibində K2O 12–15% olur.
Sulfat gübrələri
redaktəAşağıdakı minerallara malik süxurlardan alınır; kainit (KCl.MgSO4.2H2O) şenit(K2SO4. MgSO4.6H2O), lanqbeynit (K2SO4.2MgSO4) və s.
Kalium xlorid (KCl)
redaktəXırda kristallik, çəhrayı və ya boz rəngli tozdur. Tərkibində 53–60% kalium var. (K2O- ya hesablanmaqla). Ölçüləri 1-dən 3mm-ə qədər olan qranullar halında olan KCl az bərkiyir və səpin zamanı yaxşı səpilir.
Kalium sulfat (K2SO4)
redaktəDüzgün olmayan formalı, bozumtul-çəhrayı rəngli qranullar olub 29% K2O və 9% MgO-ə malik olur. Bu gübrə bərkiyib iriləşmir. Kağız kisələrdə və ya açıq şəkildə daşınır. Kalium-sulfat və kaliummaqnizium sulfatxlora həssas olan bitkilər üçün (kartof, kətan) yaxşı gübrədir. 40%-li kalium duzu (KCl+NaCl). Kalium xloridin üyüdülmüş silvinit ilə qarışığı olub boz rəngli tozdur ki, içərisində çəhrayı rəngli qranullarda var. Tərkibində K2O-ya hesablamaqla 40% kalium var. Saxlanıldıqda bərkiyir, açıq şəkildə — tarasız daşınır. Bu gübrə kartof müstəsna olmaqla digər bitkilər yetişdirilən sahələrə əsas gübrə kimi verilir[1].
Mənbə
redaktə- ↑ Abbasov V. M., Tağıyeva A. M., Həsənov Z. Ə., Salmanzadə Ş. V. "Kimya və həyat" Bakı-2011, s.234