Kafur Agaci - Wikipedia
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Camphora | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Camphora |
||||
Beynəlxalq elmi adı | ||||
|
Tarixi və yayılması
redaktəKamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır.
Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu.
Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır. Kommersiya məqsədli kamfora plantasiyaları isə Tayvanda, Hindistanda və Gürcüstanda daha çoxdur. Kamfora ağacı Rusiyaya Qafqazın Qara dəniz sahillərinə XVIII əsrin 60-cı illərində gətirilmişdir. Sonrakı bir neçə onilliklər ərzində sahil boyu park və bağlarda həmişəyaşıl dekorativ ağac kimi əkilib-becərilmişdir. Sənaye miqyasında çoxaldılmasına isə XIX əsrin 20-ci illərindən başlanılmışdır. Gən cə şəhərindəki "xan bağı"nın ərazisində 70-ci illərin ortalarına qədər 2 ədəd kamfora ağacı mömcud olmuş, sonralar isə baxımsızlıq ucundan quruyub məhv olmuşdur.
Əhəmiyyəti və istifadəsi
redaktəKamfora ağacının xırdalanmış oduncağı, kökü və budaqlarından su baxarı vasitəsilə (distillə yolu ilə) efir yağı çıxarılır. Bu yağ bir qədər qaldıqdan və soyuduqdan sonra 90%-ə yaxın kamfora ayrılır. Distillə üsulu ilə alınmış xam efir yağı müxtəlif tərkib hissələrinə (fraksiyalara) ayrılır. Bunlardan tərkibində safrol olan qəhvəyi, kamfora yağı texnikada, təbii tibbi kamfora tibdə, ağ kamfora yağı isə aromaterepiyada işlədilir. Kamfora yağı (tibbi preparat) təbii kamforalı efir yağından çox kəskin fərqlənir. Kamfora ağacının yarpaqları, meyvəsi və kamfora yağı onun psixoaktiv hissələri (orqanları) hesab edilir. Kamfora yağının daxilə qəbulu və dozası müxtəlifdir. Hesab olunur ki, 10 qr-a qədər kamfora yaxşı məstedici effekt verir. Lakin, hər bir fərd üçün bu norma müxtəlif təsirə malik ola bilər.10-20 qram arasında kamfora qəbul etmək ciddi zəhərlən məyə səbəb ola bilər. Hindistanda və Nepalda kamfora yağı daha çox beteldən (qara bibər) və badamdan (buxur) hazırlanan saqqızların tərkibinə stimullaşdırıcı kimi əla və edilir. Yaponiyada və Cənubi Hindistanda kamfora ağacı dini ayinlər zamanı yandırılan ətirli qatranın (buxurun, ladanın) əsas komponenti hesab edilir. Kamfora və kamfora yağı bu gün Amazon samanlarının dini mərasimlərində də işlədilir. Yaponiyada kamfora dəfnəsindən ənənəvi rəqs festivallarında ayin maskaları kəsilib düzəldilir.
Təbii yayılması
redaktəTayvan adası daxil olmaqla Cənubi və Cənubi-Qərbi Çində, Koreyada-Kvelpart, Yaponiyada-Xando, Sikoku və Kyusyu adalarında bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 20 m-ə çatan, böyük, gözəl, həmişəyaşıl ağacdır. Vətənində 1000 ilə qədər yaşayır. Qabığı açıq və ya tünd boz rəngdə olub, çatlıdır. Cavan budaqları yaşıl, çılpaq və hamardır. Yarpaqları yumurtavari, bəzən ellipsşəklində, 7-10 sm uzunluqda və 4-5 sm enində, ucu sivri, tamkənarlı, dərivari, üstdən parlaq yaşıl, altdan açıq yaşıl və ya göyümtül, 3 damarlı, 2-3 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ikicinsli, xırda olub, iri olmayan, süpürgəvari çiçək qrupuna toplanmışdır. Erkəkcikləri 9 ədəd olub, 3 dairə üzrə yerləşmişdir, staminodilər isə 3 ədəd olub, dördüncü dairəni təşkil edir. Tozcuğu 4 yuvalı, yumurtacığı biryuvalıdır. May-iyul aylarda çiçəkləyir. Meyvəsi şar formalı, tünd göy və ya qaramtıl rəngdə, 7-12 mm enində, qoxulu, ətli-şirəli hissəsi olan çəyirdəkdir. Toxumların endospermi yoxdur. Meyvəsi noyabr ayında yetişir.
Ekologiyası
redaktəGünəşli və rütubətli ərazilərdə, gillicə və qumluca torpaqlarda yaxşı bitir. Qış sərt keçdikdə ağacların torpaqüstü hissəsi məhv olur, yazda isə kötükdən yenidən pöhrə verir.
Azərbaycanda yayılması
redaktəLənkəran və Astarada park və bağlarda dekorativ bitki kimi əkilə bilər.
İstifadəsi
redaktəKafur ağacının bütün hissələrində kafur yağı vardır. Bitkinin bütün hissələri yoluxucu xəstəliklərin müalicəsi, Çində və Yaponiyada kafur yağının alınması üçün istifadə edilir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Parthenoxylon Blume
Növləri
redaktə- Camphora bodinieri (H.Lév.) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora brachythyrsa (J.Li) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora chartophylla (H.W.Li) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora foveolata (Merr.) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora glandulifera (Wall.) Nees
- Camphora illicioides (A.Chev.) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora kanahirae (Hayata) K.F.Chung & C.L.Hsieh
- Camphora longepaniculata (Gamble) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora micrantha (Hayata) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora migao (H.W.Li) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora mollifolia (H.W.Li) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora officinarum Boerh. ex Fabr.
- Camphora parthenoxylon (Jack) Nees
- Camphora philippinensis (Merr.) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora platyphylla (Diels) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora purpurea (H.G.Ye & F.G.Wang) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora rufotomentosa (K.M.Lan) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora septentrionalis (Hand.-Mazz.) Y.Yang, Bing Liu & Zhi Yang
- Camphora tenuipilis (Kosterm.) Y.Yang, Bing Liu & Zhi Yang