Kend Heyati Youtube Kanali - Wikipedia
Kənd Həyatı (ing. Country Life Vlog; türk. Köyde Yaşam) — Azərbaycan "YouTube" kanalı. Çəkilişlər Qusar rayonunun Hil kəndində aparılır. Kanal ferma həyatı haqqındadır, televiziyada da yayımlanır.[1][2] Kanalın 6,9 milyon abunəsi var.[3]
Kənd Həyatı | |
---|---|
| |
YouTube | |
Kanal | Kənd Həyatı |
Fəaliyyət illəri | 27 yanvar 2019–hazırda |
Videoların janrı | ferma (yemək pişirmə və bağ işləri) |
Abunə sayı |
|
Baxış sayı |
|
Yaradılışı və fəaliyyəti
redaktəKanalın yaradıcısı Əmiraslan Rəmixanov COVID-19 pandemiyasına qədər Bakıda aşpazlıq peşəsi ilə məşğul olub və kanalın videolarının əsas qəhrəmanı olan anası Əzizə də Qusarın Hil kəndində bu peşə ilə məşğul idi. Pandemiya dövründə kəndinə qayıdan Əmiraslan "Country Life Vlog" ("Kənd Həyatı") kanalı adı altında YouTube-a videolar yükləməyə başlayıb. Kanal əsasən Azərbaycan və ləzgi mətbəxindən olan yeməklər haqqındadır. Videolara ingiliscə, rusca və çincə subtitrlər əlavə edilir. Daha geniş auditoriyaya sahib olan "Taste Life" kanalı "Kənd Həyatı" kanalının 10-a yaxın videosunu hələ kanal abunəçilərinin sayı az olanda paylaşmışdır.[1]
Rəmixanovlar videoları öz əkin sahələrində çəkirlər və yeməklərin hazırlanmasında öz becərdikləri tərəvəzlərdən istifadə edirlər. Sırf çəkiliş üçün dekorativ görünüşlü kiçik koma da tikilib.[1] Kanalın məşhurluğu Azərbaycandan olan digər video blogerlərin də bu sahəyə maraq göstərməsinə gətirib çıxarıb.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - REPORTAJ - VİDEO - FOTO" (az.). news.milli.az. 7 Avqust 2020. 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ 1 2 Leila Mekhdi. "Country Life Vlog: Azerbaijani Cottagecore YouTube Channel's Popularity Explained" (ingilis). caspianpost.com. 29 February 2024. 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ "The world's most improbable smash-hit cooking show". The Economist (ingiliscə). 24 oktyabr 2024. 2024-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2024.