Kelbeli Xan Naxcivanski Ii - Wikipedia
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874[1]). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir.
Kəlbəli xan Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1824 |
Doğum yeri | |
Vəfat tarixi | 1883 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Atası | Ehsan xan Kəngərli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvanskilər nəslinə mənsubdur.
Hərbi xidmətə başlaması
redaktəKəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur..[2] Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi:
Sankt Peterburq. 1849-cu ilin 31 martı. No. 8. Qeyri-nizami bölmələr barədə: Ali komandanlıqdan. Təltif edilir: Fərqlənməyə görə: Dağlılara qarşı yürüşdə fərqləndiyinə görə Kəngərli Süvari Alayından Naxçıvan sakini, bölmə rəhbəri Kəlbəli xan.[3]
14 aprel 1851-ci ildə o, İrəvanın qubernatorunun yanında hərbi vəzifəyə təyin edildi və 13 dekabrdan etibarən quernatorun yanında xüsusi tapşırıqlar üzrə zabit kimi çalışmağa başladı. 30 yanvar 1853-cü ildə podporuçik rütbəsinə yüksəldildi. Həmin ilin payızında Kəngərli Süvari Alayı yenidən təşkil edildi və 25 oktyabr tarixində Kəlbəli xan həmin alayın komandanı təyin edildi.
Krım müharibəsi
redaktə1853–1856-cı illər Krım müharibəsində Qafqaz korpusunun bir hissəsi kimi Kəlbəli xan da müharibənin Qafqaz-Kiçik Asiya cəbhəsi boyunca hərbi əməliyyatlarda iştirak etdi. 1854-cü ilin may ayında podporuçik Naxçıvanski İrəvan Bəy Drukinasının komandanı təyin edildi. O, bu vəzifədə öz böyük qardaşı kapitan İsmayıl xan Naxçıvanskini əvəz etmişdi.[4] İrəvan Bəy Drujinası rus qoşunlarının İrəvan alayının bölməsi oldu. 1854-cü ilin 17 iyulunda 5 min nəfərlik İrəvan alayı general-leytenant Baron. Vrangelin komandanlığı altında 16 min nəfərlik Səlim paşa tabeliyindəki türk qoşununu Çınqıl Təpədə məğlub edərək, Bəyazidi ələ keçirdi. Türklərlə toqquşmada fərqləndiyinə görə Kəlbəl xan leytenant rütbəsinə yüksəldildi. Növbəti ilin 15 aprelində 17 iyul tarixindəki Çınqıl Təpə döyüşündə süvari hücumundakı cəsarətinə görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı.[5] Cəsarəti bu cür təsvir edilirdi:
Podporuçik, İrəvan Bəy Drujinasının rəhbəri. Düşmən batareyasına hücum edərkən bu zabit bölmənin komandanı olmasına, tüfəng və toplardan atışlar edilməsinə baxmayaraq, batareyanın üzərinə atlamış, bir çox artilleriyaçını öz əli ilə öldürmüş və bir silah ələ keçirmişdir.[6] |
Müharibələr arası dövr
redaktə1856-cı ildə leytenant Kəlbəli xan İrəvan quberniyasını təmsil edərək. Şimali və Cənubi Qafqazdan olan digər nümayəndələrlə birlikdə, II Aleksandrın Moskvada taxta çıxma mərasiminində iştirak etdi. Həmin ilin 26 avqustunda əmrlə poruçik rütbəsinə yüksəldilmiş və Qusar Mühafizəçiləri Alayına təyin edilmişdir. Bu zaman o, İrəvan hərbi qubernatoru yanındakı vəzifəsindən ayrılmışdır.[7] 1857-ci ildə, o, Qacar şahının əmri ilə II dərəcəli Şir-i Xurşud mükafatı ilə mükafatlandırılmışdır. 12 aprel 1859-cu ildə xidmət fərqlənməyə görə, ştabs-rotmistr rütbəsinə yüksəlmişdir. 3 aprel 1860-cı ildə Kəlbəli xan rotmistr rütbəsinə yüksəlmişdir. 1867-ci ilin 22 iyunundan 9 iyuluna qədər o, İrəvan quberniyasının zemstvo mühafizəsində müfəttiş olmuşdur. 19 aprel 1864-cü ildə Kəlbəli xan polkovnik rütbəsinə yüksəldilmişdir. 3 iyunda o, yenidən Qafqaz ordusunda xidmətə geri qayıtmışdır.
Rus-Osmanlı (1877–1878) müharibəsi
redaktəRus-Osmanlı (1877–1878) müharibəsi başladıqdan sonra Qafqaz Hərbi Dairəsinin 10 may 1877-ci il tarixli əmri ilə general-mayor Kəlbəli xan Naxçıvanski Qeyri-Nizami Süvari Briqadasının komandanı təyin edildi. Bu briqada İrəvan və Kurtinski qeyri-nizami dəstələrindən təşkil edilmişdi. Bu bölmə İrəvandakı rus qoşunlarının bir hissəsi idi və bu bölmənin tapşırığı sərhədi mümkün olan hücumlardan qorumaq idi. Bəyazidin Osmanlı qüvvələri tərəfindən 1877-ci ilin iyununda mühasirəyə alınmasından sonra əslində Kəlbəli xan Naxçıvanskinin dəstəsi Bəyazidlə rus komandanlığı qərərgahı arasında yerləşən yeganə xətt oldu. 5 iyunda Kəlbəli xan bir neçə yüz nəfərlik İrəvan süvarisini Bəyazid qalasındakı rus qüvvələrini gücləndirmək üçün göndərdi. Dəstəyə onun qardaşı polkovnik İsmayıl xan Naxçıvanski komandanlıq edirdi. 10 iyun 1877-ci ildə İrəvanın hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi teleqramda general-mayor Kəlbəli xan Naxçıvanski yazırdı:
İndi Bəyazid şəhəri komendantının gizlicə saat 9-da göndərdiyi məktubu aldım.
Bizim bütün qoşunlarımız ayın 6-ı, saat 10:00-dan Bəyazid qalasında mühasirədədir. Türklər bombardman edirlər, vəziyyət təhlükəlidir, əsasən orada suyun olmamasına görə. İtkilərimiz çoxdur, Patseviç yaralanıb, Kovalevski öldürülüb, bütün süvari atlarımız düşmən tərəfindən ələ keçirilib, alay tərəfindən göndərilən dəstəyimiz yoxdur, mümkün olan kimi bizə kömək edin, digər halda, biz məğlub olacağıq. Çox az gilizimiz var, düşmənin hücumları hələ də dəf edilir... Mən 4 rotadan və 150 Kazakda ibarət birləşmə ilə, silahlar olmadan, xüsuslə ilk növbədə düşmən tərəfindən ələ keçirilən şəhəri bizim geri alacağımız lazım olduğuna görə, tühlükəli hesab edirəm. Nə Aleksandropoldan, nə də İrəvandan qoşun göndərilməsi gözlənilmir.[8] |
Dəstəyə qüvvələri göndərilməsini gözləməyən Kəlbəli xan özü Bəyazidə doğru irəliləmək qərarına gəldi. Kəlbəli xanən 14 iyun 1877-ci ildə İrəvan hərbi qubernatoru general-mayor Roslavlevə göndərdiyi 54 nömrəli məruzədən:
Bəyazid qarnizonunun ortaq qurtarılması üçün general-mayor İvan Yeqoroviç Loris-Məlikovun gəlməsini gözləyərkən, mən Gəncə qeyri-nizami süvari alayından 100 nəfər Çinqıl Təpə mövqelərinə yerləşdirdim. Ayın 12-i, saat 6:00-da mənə əmanət olunan Krım, Stavropol və İrəvan yerli taborundan 657 nəfər də daxil olmaqla 4 rota, polkovnik Preobrajenskinin komandanlığında İrəvan əyalətindən 71 yaraqlı, müxtəlif bölmələrdən 170 Kazak, İrəvan Qeyri-Nizami Alayından 100 nəfər, 57 nəfər İrəvan əyalətindən mehtərlər, İrəvan-Kurtinski alayından 35 nəfər və Yelizavetpol əyalətindən 2 yüz süvari və süvari komandanı polkovnik Perepelovski, alihəzrətlərin adyutantı polkovnik Tolstoy ilə birlikdə Bəyazid yüksəkliklərinə doğru yola çıxdım. Günorta saat 3-də Bəyazidin 3 verstliyinə çatmamış düşmən mənim yürüşüm barədə xəbərdar oldu və mənimlə vuruşmaq üçün üzərimə yeriməyə başladılar. Saat 20:00-da toqquşma oldu, oradan irəliləməyin və ya orada durmağın mümkünsüz olduğunu gördükdən sonra 5 verst geri çəkildim. Daşlıçay çayı yaxınlığındakı dağıdılmış Qaraca kəndində açıq ordugah qurdum. Ayın 13-cü günü, saat 7:00-da mən Bəyazid və Təpəriz cinahlarından düşmənin süvari və alaylardan ibarət böyük qüvvə ilə üzərimizə yeriməyə başladığını gördüm. Müdafiə üçün uyğun mövqe olmadığı və qarşı qüvvələrin üstünlüyünü görüb daha əlverişli yerə geri çəkilmək qərarına gəldim, lakin düşmən şiddətlə cinahlarımıza doğru hücuma keçməyə başladı...Düşmənin hədəfinə çatmasına icazə verməyərək, 14:00-a qədər ağır atəş altında mən Qarabulağ kəndini keçdim və ondan 2 verst məsafədə müdafiə üçün güclü və əlverişli mövqe tapdım...Mənə çatan məlumata görə, düşmənin itkisi ağır olmuşdur - 11 ölü və 40 yaralı, bizim tərəfdən isə 13 aşağı rütbəli, 3 Kazak və 2 yaraqlı, 7 at ölmüş, aşağı rütbəlilərdən 3 nəfər itkin düşmüşdür.[9] |
1877-ci ilin oktyabrında İrəvan alayının bir üzvü kimi Kəlbəli xan Muxtar paşa komandanlığındakı Osmanlı qüvvələri ilə döyüşdə iştirak etdi. Bu döyüşdə Osmanlı ordusu məğlub edildi. Buna qədər həmin ordu Ərzuruma irəliləyən rus ordusunun qarşısını Dəvəboynu keçidində almaq istəyirdi. Həmin ilin 11 dekabrında, general-mayor Kəlbəli xan Müqəddəs III dərəcəli Vladimir ordeni ilə mükafatlandırıldı. 2 iyun 1878-ci ildə Kəlbəli xan I dərəcəli Müqəddəs Stanisdlav ordeni ilə də mükafatlandırıldı. Bu mükafatlandırmalar 1877-ci ilin iyununda "İrəvan alayının üzvü kimi Osmanlılarla müharibədə göstərdiyi igidliyə və cəsarətə görə verilmişdi".[10]
13 iyul 1878-ci ildə o, II Süvari Diviziyasının komandanı təyin edildi. 8 dekabr 1878-ci ildə isə "23 oktyabr 1877-ci ildə Dəvəboynu döyüşündə göstərdiyi cəsarətə və igidliyə görə" II Aleksandr tərəfindən üzərində brilliantla "İgidliyə görə" yazılmış süvari qılıncı ilə mükafatlandırıldı. 1879-cu ilin 24 yanvarında "1877-ci ildə osmanlılarla müxtəlif vaxtlarda göstərdiyi igidliyə görə" Müqəddəs Anna ordeni ilə mükafatlandırıldı.[11]
Son illəri
redaktə25 iyuldan 1880-ci ilin martına qədər Kəlbəli xan I Qafqaz Süvari Diviziyasının II alayının komandanı oldu. Lakin sağlamlığına görə vəzifəsini davam etdirə bilmədi və öz istəyi ilə vəzifədən ayrıldı. Alay komandanlığı vəzifəsini təhsil verən Kəlbəli xan süvari ordusuna qeydə alınaraq, Qafqaz ordusunun baş komandanı Böyük Knyaz Mixail Nikolayeviçin əmr zabiti oldu.[12]
Kəlbəli xan Ehsan xan oğlu Naxçıvanski 1883-cü ilin aprelində, 59 yaşında və general-mayor rütbəsində olarkən vəfat etdi.
Hərbi rütbələri
redaktə- Praporşik (31.03.1849)
- Podporuçik (30.01.1853)
- Poruçik (04.45.1854)
- Ştabs-rotmistr (12.04.1859)
- Rotmistr (03.04.1860)
- Polkovnik (19.04.1864)
- General-mayor (14.09.1874)
Mükafatları
redaktə- IV dərəcəli Müqəddəs Georgi ordeni (15 aprel 1855)
- II dərəcəli Müqəddəs Stanislav ordeni (imperial tac ilə, 1871)
- IV dərəcəli Müqəddəs Vladimir ordeni (22 sentyabr 1875)
- III dərəcəli Müqəddəs Vladimir ordeni (11 dekabr 1877)
- I dərəcəli Müqəddəs Stanislav ordeni (2 iyun 1878)
- "İgidliyə görə" brilliantla bəzədilmiş qızıl qılınc (8 dekabr 1878)
- I dərəcəli Müqəddəs Anna ordeni (24 yanvar 1879)
- II dərəcəli Şiri Xurşid ordeni
Ailəsi
redaktəO, mayor Əhməd xan İrəvanski Makinskinin qızı Xurşud xanımla ailə həyatı qurmuşdur.[13] Onların 8 övladı olmuşdur:
Zeynəb bəyim (1851-?), Bədirnisə bəyim (1853-?), Ehsan xan (1855–1894), Cəfərqulu xan (1859–1929), Şah Cahan bəyim (1860-?), Rəhim xan (1860-?), Hüseyn xan (1863–1919) və Zərintac xanım (1866-?). Zərintac bəyim avar əsilli rus generalı və bir dövrlük İrəvan qubernatoru olmuş Maqsud Əlixanov Avarski ilə ailə həyatı qurmuşdur.
Naxçıvanskilər
redaktəKəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Список генералам по старшинству на 1881 год. Исправлено по 1-е декабря. — Sankt-Peterburg., 1881, p. 615.
- ↑ Краткий Путеводитель по Кавказскому военно-историческому музею. — Тифлис, 1911, с. 130–131.
- ↑ Приказы Военного Министра. 1849 год
- ↑ Azərbaycan Milli Elmlər Akademiyası. Tarix Muzeyi/Generallar siyahısı — Bakı, 2005, s. 30
- ↑ "КАВАЛЕРЫ СВ. ГЕОРГИЯ 4-го класса". george-orden.narod.ru. 17 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2021.
- ↑ Gisetti, 1901. səh. 118
- ↑ Акты, собранные Кавказской археографической комиссией / Red. Д. А. Кобякова. — Tbilisi:Глав. управ. наместника кавказского, 1888. — Т. 11. — P. 715.
- ↑ Томкеев, 1908. səh. 48
- ↑ Томкеев, 1908. səh. 66-67
- ↑ Томкеев, 1908. səh. 74
- ↑ Исмаилов, Э. Э. Золотое оружие с надписью «За храбрость» (2). Moskow. 2007. səh. 305.
- ↑ "Гл. управ. намес. кавказского, 1879". Кавказский календарь. Tbilisi: Кавказский календарь: 135. 1880.
- ↑ Musa Quliyev. ""Ağ Qartal"ın sahibi - Hüseyn xan Naxçıvanski". kayzen.az. 2021-06-22 tarixində arxivləşdirilib.
Ədəbiyyat
redaktə- Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: Т-во И. Д. Сытина, 1911–1915.
- Anton Ludwigovich Gisetti, Сборник сведений о Георгиевских кавалерах и боевых знаков отличий Кавказских войск: в 2 частях.
- Томкеев В. И. Материалы для описания русско-турецкой войны 1877–1878 гг. на Кавказско-Малоазиатском театре: в 7 томах
- Старчевский А. А. Памятник Восточной войны 1877–1878 г
- Shamistan Nazirli. Azərbaycan generallar; — Baku, 1991.
- Ibrahim Baghirov. Ибрагим Багиров. Kəngərli tayfasının generalları — Baku, 1994.
Mənbə
redaktə- http://www.nakhchivan.az/portal-1/gork-sexsiyy.htm
- Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: 1991
- Ибрагим Багиров. Генералы племени Кянгерлы. Баку: 1994 (rus dilində).