Kelebedin Kendi - Wikipedia
Kələbədin kəndi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun, Kələbədin kənd inzibati ərazi dairəsində kənd, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi–Bərdə şose yolu kənarında Qarabağ düzündə yerləşir.
Kələbədin kəndi | |
---|---|
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi
redaktəƏhalisinin sayı 1265 (01.01.2007 cı il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur.
Toponimikası
redaktəKəndin eyəlilər, kərimlilər, gambaşlılar, şahvazdılar, yuxarıbaşlılar və başqa tayfa -tirələri vardır. Bəzən kəndin adını Gələbədin və ya Kələbəddin formasında da yazırlar. Oykonim qala və bədii/badiyə sözündən əmələ gəlib. Ərəb dilindən Azərbaycan dilinə keçmiş bədii/badiyə sözü "çöl", "düzən" anlamındadır. Bu mənada Kələbədin toponiminin mənası "qala duzu" anlamına uyğun gəlir. Bağqa bir fikrə görə isə, toponim kəl və bədii (badiyə) sözlərinin birləşməsindən yaranıb. Əkindən sonra dincə qoyulmuş sahəyə kəl deyirlər.Toponimin mənasına başqa yozumlarla yanaşanlar da var.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2006