Kebirli Terter - Wikipedia
Kəbirli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Tərtər rayonunun Kəbirli kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Kəbirli | |
---|---|
40°27′ şm. e. 47°01′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü.
Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir.[2]
Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur. Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur. Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b. Digər məlumata görə Kəbir eli Qərvəndli Kəbirlisi və Xoruzlu Kəbirlisinə ayrılır. Arıq Məhəmmədəli və Qızıl Məhəmmədli isə Qərvəndli Kəbirlisindən ayrılmalıdır. Ulubabalı qolu Şirvandan gəlmə hesab olunur. Orta əsrlərdə 850 ailədən ibarət olmuş Kəbirli eli "Kəbirli yeri" adlanan ərazidə (İmişli, Ağcabədi, Cəbrayıl rayonlarındakı Qaraçuq dağına qədər) yaşamışdır.
Xəzərlərin Kabar tayfasının adı Cənubi Qafqazda bir sıra toponimlərdə qalmışdır. XIX əsrdə Tiflis quberniyasının Tioneti qəzasında Kapar (gürcücə yazılışı Qabari), Qazax qəzasında Kapar (yenə orada). Keçmişdə Qazax elinin Qafarlı qolunun adı da əslində "Kabarlı" adının danışıqda təhrifidir.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Qarabağ düzündə yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
- ↑ Kəbirli (Tərtər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il
Həmçinin bax
redaktə Tərtər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |