Kur Dasqini 2010 - Wikipedia
Kür daşqını — 2010-cu ilin may ayında Azərbaycan Aran zonasını əhatə edən genişmiqyaslı daşqın. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdır.
Dəymiş zərər
redaktə50 min hektara yaxın ərazini su basmış və 20 mindən çox ev suyun altında qalmışdır. 300-dən çox ev tamamən dağılmışdır. 10 min hektarlarla əkin sahələrini və otlaqları su basması ilə təsərrüfata böyük zərər dəymişdir. 10 minlərlə insan isə öz ev-eşiklərini tərk edərək çadırlara yerləşdirilmişdi.
Nəticələrin aradan qaldırılması
redaktəNəticələrin aradan qaldırılması məqsədilə güc strukturları[1] bura cəlb edilmişdir. Kürə daxil olan suyun həcmini azaltmaq məqsədilə Araz çayı tarixi məcrasına buraxılmışdır. Nəticələrin qismən aradan qaldırılmasına aylar tələb olunmuşdur.
İstinadlar
redaktə- ↑ "Kür daşqını, Azərbaycan Fövqəladə Hallar Nazirliyi". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.