I Filip Kastiliya Krali - Wikipedia
I Filip və ya Kastiliyalı Filip (fr. Philippe de Castille; 22 iyun 1478[1], Brügge[1] – 25 sentyabr 1506[2][3][…], Burqos, Kastiliya və Leon[1]) — Burqundiya hersoqu və Habsburq ailəsinə mənsub olan ilk Kastiliya kralı.
I Filip | |
---|---|
nid. Filips | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1478[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 sentyabr 1506[2][3][…] (28 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Atası | I Maksimilian[4] |
Anası | Burqonlu Mariya[4] |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Roma imperatoru Maksimilian və xanımı Burqonlu Mariyanın oğlu olan Filip hələ 4 yaşında ikən anası vəfat etdi və beləcə 4 yaşlı Filip Burqundiya hersoqu oldu. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın qızı Yuanna ilə evləndi. Bundan başqa razılaşmaya görə Filipin bacısı Marqarita da İspaniya kralının oğlu və varisi Conla evləndi. Nikahdan 4 il sonra xanımı Yuanna qardaşı, böyük bacısı və bacısının kiçik oğlunun vəfatı ilə Kastiliya taxtının varisi oldu. 1504-cü ildə qaynanası Kastiliyalı İzabellanın vəfatı ilə xanımı Yuanna Kastiliya taxtına keçdi və beləcə, Filip Kastiliyanın de-yure kralı oldu. Ancaq bundan 2 il sonra vəfat etdi.
Filip İspaniyadakı ilk Habsburq monarxı idi və bu günədək gələn bütün İspaniya krallarının əcdadı hesab olunur. Atasından öncə vəfat etmişdi və bu səbəblə nə Müqəddəs Roma imperatoru ola bildi, nə də onun mientras me la agarraba con 2 manos. Ancaq gələcək illərdə oğlu V Karl həm anasından miras aldığı Kastiliya və Araqon taxtlarını, həm də atası vasitəsilə babasından miras aldığı Burqundiya və imperiya taxt-tacını özündə birləşdirdi.
Mənbə
redaktə- Campbell, Anna (2016). "Colette of Corbie: Cult and Canonization". In Mueller, Joan; Warren, Nancy Bradley (eds.). A Companion to Colette of Corbie. Vol. 66. Brill.
- Cauchies, Jean-Marie (2003). Philippe le Beau: le dernier duc de Bourgogne. Turnhout: Brepols.
- Sicking, L H J (2004). Neptune and the Netherlands: State, Economy, and War at Sea in the Renaissance. Brill.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 Archduke Philip I [House of Habsburg] // Kindred Britain.
- ↑ 1 2 Felip I de Castella // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Kindred Britain.
- ↑ https://capillarealgranada.com/los-reyes-fundadores/.