I Sahtaxti Nekropolu - Wikipedia
I Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində nekropol.
Govurqaladan şimal-şərqdə yerləşən arxeoloji abidə Orta və Son Tunc, İlk Dəmir dövrlərinə aid edilir. Abidənin sahəsi 5 hektardan çoxdur. Qəbirlərin əksəriyyəti daş qutulardan ibarət olub, üzəri torpaq qarışıq daş kurqanlarla örtülmüşdür.
Arxeoloji qazıntılar nəticəsində kromlexlə əhatələnmiş daş qutu qəbirlərin birində bütöv at skeleti, polixrom boyalı küpə, yüksək sənətkarlıq nümunələri olan boz, qara rəngli gil qablar, qızıl təbəqə ilə örtülmüş bəzək əşyaları, tunc məmulatı və sair aşkarlanmışdır. Polixrom boyalı küpənin üzəri qara, qırmızı rənglərlə quş, at, keçi, vəhşi heyvan təsvirləri, eləcə də həndəsi rəsmlərlə maraqlı kompozisiya şəklində bəzədilmişdir.Tapıntılar əsasən e.ə. 2-1 minilliklərə aid olunur.[1]
İstinadlar
redaktə- ↑ О. А. Абибуллайев – Энеолит и Бронза на территории Нахичеванской АССР, Баку, 1982