I Sah Abbas Turbesi - Wikipedia
I Şah Abbas türbəsi (fars. آرامگاه شاه عباس بزرگ) — Səfəvi hökmdarı I Şah Abbasın dəfn edildiyi türbədir.
I Şah Abbas türbəsi | |
---|---|
33°59′12″ şm. e. 51°27′27″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Kaşan |
Yerləşir | Kaşan şəhristanı[1][2] |
Tikilmə tarixi | XII əsr (Səfəvilər dövründə genişləndirilmiş və təmir edilmişdir) |
Üslubu | Səfəvi memarlığı[d][2][3] |
Material | kərpic[2][3], kaşı[2][3] |
Vikianbarda əlaqəli mediafayllar |
I Şah Abbas
redaktəSəfəvilər dövlətin V hökmdarı olan I Şah Abbas 42 il Səfəvi dövlətini idarə etmişdir. Dövlətin özündən əvvəlki dövrlərdə itirmiş olduğu qüdrətini bərpa etmiş, Osmanlı imperiyasını, Şeybaniləri və Portuqaliyanı məğlub etmişdir.[4] Avropada bəziləri onu "Böyük Abbas" adlandırırlar.[5][6]
1587-ci ildən 1629-cu ilə qədər hakimiyyətdə olan I Şah Abbas 1629-cu ildə Mazandaranda Xəzər dənizi sahilində tikdirdiyi Fərahabad adlanan sarayında vəfat etmiş və Kaşana aparılaraq bu türbədə dəfn edilmişdir.[7]
Türbə
redaktəI Şah Abbas bu türbədə dəfn edilmişdir. Türbə İran İslam Respublikasının Kaşan şəhərində yerləşir. Türbənin mehrabındakı yazıya görə, türbə ilk dəfə XII əsrdə tikilmişdir. Lakin Səfəvi dövləti zamanında təmir edilmiş və genişləndirilmişdir. Cənub-qərb hissədəki portikdə düzbucaqlı daş vardır. Bu daş Qafqazda düzəldilmiş və bu türbəyə gətirilmişdir.[8][9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Wiki Loves Monuments monuments database. 2017.
- ↑ 1 2 3 4 https://iranarchpedia.ir/entry/15486.
- ↑ 1 2 3 http://isfahan.irib.ir/-/امامزاده-حبیب-بن-موسی-بن-جعفر.
- ↑ Münşi İsgəndər bəy, Dünyanı bəzəyən Abbasın tarixi, Bakı-2010, cild I, s.247 (İsgəndər bəy Türkman, Tarix-e alemaraye-Abbasi. İrəc Əfşar nəşri, I və II hissələr, Tehran, h. 1382, (m.2003) s.128)
- ↑ Cleveland, William L. "A History of the Modern Middle East" (Westview Press, 2013) pg 50
- ↑ Bomati, Nahavandi, 1998. səh. 200–201
- ↑ Bomati, Nahavandi, 1998. səh. 243–246
- ↑ "Mausoleum of Shah Abbas I". Encyclopaedia of the Iranian Architectural History. 6 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2019.
- ↑ Hosseyn Yaghoubi. Arash Beheshti (redaktor). Rāhnamā ye Safar be Ostān e Esfāhān(Travel Guide for the Province Isfahan) (Persian). Rouzane. 2004. səh. 190. ISBN 964-334-218-2.