Ii Eli Leskeri - Wikipedia
II Əli Ləşkəri (v. 1049) — VI Şəddadi əmiridir. 1033/1034-cü ildə atası Əbülfəth Musanı öldürərək hakimiyyətə gəlmişdir.
II Əli Ləşkəri | |
---|---|
Gəncə əmiri | |
1034 – 1049 | |
Əvvəlki | Əbülfəth Musa |
Sonrakı | Ənuşirvan bin Ləşkəri |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə |
Atası | Əbülfəth Musa |
Uşaqları | Mənuçehr, Qudərz və Ərdəşir, Ənuşirvan bin Ləşkəri |
Ailəsi | Şəddadilər dövləti |
Hakimiyyəti
redaktəOnun 15 illik hakimiyyəti səlcuqlara, oğuzlara, ermənilərə, gürcülərə qarşı döyüşlərdə keçmişdi. II Ləşkərinin hərbi-siyasi fəaliyyəti yalnız tarixi mənbələrdə deyil, onun saray şairi Qətran Təbrizinin qəsidələrində də öz əksini tapmışdır.
1040-cı ildə Gəncədə olmuş Rəvvadi hökmdarı Vəhsudanla və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə dostluq etmişdi. Tiflis əmiri öldükdən bir qədər sonra II Ləşkəri onun qızı ilə evlənmişdi. Qətran Təbrizinin qəsidələrində II Ləşkərinin gürcülərə və ermənilərə qarşı erməni və gürcü mənbələrində öz əksini tapmayan döyüşləri haqqında məlumatlar vardır. Qətran Təbrizi öz qəsidələrində onu "Arranşah" adlandırırdı. 1046/1047-ci ildə Azərbaycanın və Ermənistanın bir çox ərazilərini ələ keçirmiş səlcuq əmiri Qutulmuş Şəddadilərin paytaxtı Gəncəni il yarım mühasirədə saxlasa da, II Ləşkəri şəhəri bu hücumdan dəf etməyi bacarır və daha sonra Gəncədəki müdafiə istehkamlarının möhkəmləmdirilməsi barədə sərəncam verir.
II Ləşkərinin 4 oğlu olsa da, onlardan yalnız azyaşlı Ənuşirəvan atasının ölümündən sonra cəmi iki ay hakimiyyətdə oldu.[1]
İstinadlar
redaktə- ↑ Azərbycan tarixi 2-ci cild, səh:286–287
Mənbələr
redaktə- Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3.
- Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. (#accessdate_missing_url)