Ii Iosif - Wikipedia
II İosif (alm. Joseph II.; 13 mart 1741[1][2][…], Hitsinq[d][3] və ya Vyana[4][5] – 20 fevral 1790[1][2][…], Vyana[4][5]) — alman kralı, 27 mart 1764-cü ildə Müqəddəs Roma İmperiyasının imperatoru seçilmişdir. Mariya Terezanın böyük oğludur.
II İosif | |
---|---|
alm. Joseph II | |
1765 – 1790 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 mart 1741[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 fevral 1790[1][2][…] (48 yaşında) |
Vəfat yeri | |
Anası | Mariya Tereza |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Maarifçi mütləqiyyət dövrü
redaktəMariya Tereza və oğlu II İosifin dövrünü Avstriya imperiyasında maarifçi mütləqiyyət dövrü adlandırırlar. XVIII əsrdəki müharibələr dövlət xərclərini artırmışdı. Müharibə dövrundə kəsilən pullar inflyasiyanı artırmışdı. Çünki qızılın azalması pulun dəyərdən düşməsinə səbəb olmuşdu. Bu dövrdə Avstriyaya öz xammalı kifayət etmirdi və əlavə xammala ehtiyac vardı. Nəticədə bu dövrdə Avstriyada ixrac artmış, idxal isə məhdudlaşmışdı. Qaydaya görə heç bir halda gətirilən malın qarşılığını qızıl və ya pulla ödəmək olmazdı, gətirilən mal yerli mala dəyişdirilməli idi. Herniqk Avstriyaya öz münasibətini bu sözlərlə ifadə etmişdi: "Mən çörəyini yediyim bu ölkəyə özümü tamamilə həsr edirəm!". Herniqkin 1683-cü ildə çap olunmuş "Avstriya — hər şeydən yüksəkdir, əgər yalnız o bunu arzulayacaqsa" kitabı yeni Avstriyanın proqramı oldu. Bir çox məsəslələrdə Herniqkin tələblərindən də qətiyyətli olan I İosif onu öz müəllimi adlandırırdı. İqtisadiyyatın inkişafına Avstriya merkantilizminin "böyük üçlüyü"– Herniqk, Beher və Şreder böyük töhfə vermişlər.
XVIII əsrin II yarısında Avstriyada islahatların həyata keçirilməsinə aşağıdakı amillər rəvac vermişdi:
1. Avstriya alman dövlətidir və onun əsas rəqibi Prussiyadır. Onu islahatlara vadar edən Prussiya faktoru olmuşdur. Çünki bu dövrdə Prussiyada kral II Fridrix də islahatlar həyata keçirmişdir.
2. XVIII əsrin ortalarından baş verən müharibələrdə Avstriyanın məğlub olması.
3. Avstriyanın Prussiyadan ən fərqli cəhəti onun çoxmillətli olması idi. Azlığın çoxluğu idarə etməsi üçün yeni idarəçilik sistemi, vahid təbəəlik yaratmaq lazım idi.
Bu II İosifin dövründə həyata keçirilməsi istənən siyasət idi. Yalnız bu yolla monarxiya mövcud ola bilərdi, lakin bu demokratik cəmiyyət deyildi. 1752-ci ildə saray kommersiya şurası yaradıldı. Qoşunu komplektləşdirmək qaydası dəyişdirildi, rekrut sistemi tətbiq olundu. Feodallar orduya əsgər göndərilməsinə cavabdeh idilər. İxtisaslı fəhlələr hərbi xidmətdən azad edilirdi. Ümumi gəlir vergisi haqqındakı qanuna görə əvvəllər vergidən azad edilmiş zadəgan və ruhanilər də vergi verməli idilər. Vərəsəlik üzərinə vergi qoyuldu və buradan əldə edilmiş gəlir məktəblərin açıl-masına sərf edilirdi. 1775-ci ildən əksər gömrük rüsumları ləğv edildi. Xammal idxalına qoyulan rüsumlar azaldıldı, ölkəyə gətirilən mallara qoyulan vergilər isə artırıldı. Vergi və gömrük rüsumlarını yalnız dövlət məmurları toplaya bilərdi. İdarəetmə sistemində-Sərt mərkəzləşmə sistemi ilə yanaşı, hesabatlıq prinsipi də tətbiq olundu , bürokratik aparat genişləndirildi.1774-cü ildə kəndlilərin vəziyyəti ilə məşğul olmaq üçün xüsusi komissiya yaradıldı. Məqsəd kəndlilərin problemlərini araşdırıb bu haqda imperatora məlumat vermək idi. Biyar 5–6 gündən 3 günə endirildi. Kəndlilərin torpaq üzərində nəsli hüququ tanındı. Bir çox ərazidə-Avstriyada, Çexiyada təhkimçilik aradan qaldırıldı. 1776-cı ildə işgəncə ləğv edildi, ölüm hökmünün tətbiqi məhdudlaşdırıldı.
1782-də Avstriyanın slavyan torpaqlarında təhkimçilik ləğv edildi. Lakin torpaq yenə də feodalın əlində qalırdı , kəndli ona vergi verir, mükəlləfiyyət icra edirdi. Vahid mülki və cinayət məcəlləsi tətbiq edildi. Məhkumların əməyindən istifadə olunmasına icazə verildi. II İosif mömin olmasına baxmayaraq, kilsə ehkamları və mövhumat əleyhinə idi. II İosifin dövründə 740 monastır bağlandı, əmlakı müsadirə olundu. Papa VI Piyin bunun qarşısını almaq 1781-ci ildə Avstriyaya gəlmişdi, amma uğur qazanmadı. II İosif öz ölkəsində dini etiqadların sərbəst ibadətini elan etmişdi. Burada söhbət katolik və protestantlardan gedirdi. Maarifçi mütləqiyyət dövründə Avstriyada ibtidai icbari təhsil sisteminə keçilməsinə təşəbbüs göstərildi. Saray nəzdində milli teatr fəaliyyətə başladı. Burada fəaliyyət göstərənlər əsasən italyanlar idi. Bu dövrdə Vyanada Motzart, Qayd kimi bəstəkarlar yaşamışdır. Vyana XVIII əsrin ikinci yarısında Avropanın ən gözəl şəhərlərindən birinə çevrilmişdi. II İosifin tədbirləri içərisində alman dilinin bütün imperiya ərazisində kargüzarlıq dilinə çevrilməsi də mühüm yer tutur . Əvvəllər də alman dili dövlət dili olsa da bəzi ərazilərdə kargüzarlıq işi yerli dildə aparıla bilərdi. Amma II İosif buna yol vermədi (1765-ci ildən II İosif imperator titulu daşıyır). Biyar da pul vergisi ilə əvəz olundu. II İosif 1790-cı ildə vəfat etdi.
Ədəbiyyat
redaktə- Билес, Дерек. Иосиф II, том 1: В тени Марии Терезии, 1741–1780, (1987)
- Билес, Дерек. Иосиф II том 2: против мира, 1780–1790 (2009)
- Билес, Дерек. "Ложный Иосиф II", Исторический журнал, 18 (1975), 467–95 в JSTOR
- Билес, Дерек. Просвещение и реформа в Европе восемнадцатого века. (2005), 326 с.
- Билес, Дерек. Просвещение и реформа в Европе восемнадцатого века (2005), выдержка из 256pp и текстовый поиск
- Бернард, Пол П. Пределы Просвещения: Иосиф II и Закон (1979)
- Blanning, TCW Иосиф II (1994), 228 pp; короткая научная биография
- Бланнинг, TCW Иосиф II и Просвещенный деспотизм (1984)
- Яркий, Джеймс Франк. Иосиф II (1897), 222 pp
- Диксон, PGM "Изменение Иосифа II в австрийской церкви", The Historical Journal , Vol. 36, № 1. (Март, 1993), стр. 89–114.
- Хендерсон, Николас. "Иосиф II", " История сегодня" , 1991 год 41 (март): стр. 21–27. ISSN 0018–2753
- Мацек, Бернхард А. Die Kroenung Josephs II. в Франкфурте-на-Майне Logistisches Meisterwerk, zeremonielle Glanzleistung und Kulturgueter fuer die Ewigkeit (2010) ISBN 978-3-631-60849-4.
- Макхью, Джеймс Т. "Последний из просвещенных деспотов: сравнение президента Михаила Горбачева и императора Иосифа II". Журнал социальных наук, 1995 г. 32 (1): стр. 69–85. ISSN 0362–3319
- Падувер, Саул К. Революционный император, Иосиф Второй, 1741–1790 (1934), 414 с.
- Szabo, Franz AJ "Изменение перспектив на" Революционном императоре ": Иосиф II Биографии с 1790 года," Журнал современной истории " Март 2011 Том. 83, № 1, стр. 111–138
- Вовк, Джастин К. (2010). В руках судьбы: пять трагических правителей, дети Марии Терезии . iUniverse: Bloomington, Ind. ISBN 978-1-4502-0081-3.
- Уилсон, Питер Н. Абсолютизм в Центральной Европе (2000).
Monoqrafiyalar
redaktə- Hock. Der Oesterreichische Staatsrath. Вена: 1879;
- Сборник Онкена. Берлин. Вып. 57, 63, 83;
- Wendrinsky. Joseph II. Вена, 1880;
- Ranke. Die Deutschen Mächte und der Fürstenbund;
- Grosshoffinger. Joseph II. Лейпциг: 1865;
- проф. Трачевский. Союз князей;
- Соколов. Церковная реформа Иосифа II (1893).
- Петрова М. А. Екатерина II и Иосиф II: Формирование российско-австрийского союза: 1780–1790. — М.: Наука, 2011. — 419 с. — 1000 экз. — ISBN 978-5-02-036720-3
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Roider K. A., Wagnleitner R. F., Schreyvogl F. Joseph II // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Jozef II van het Heilige Roomse Rijk // RKDartists (nid.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118558404 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 Wurzbach D. C. v. Habsburg, Joseph II. (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 6. S. 296.
- ↑ 1 2 3 4 Josef II., římskoněmecký císař, 1741-1790 // Olomouc City Library regional database (çeş.).