Hind Qanq Ovaligi - Wikipedia
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir.
Relyef və hidroqrafiya
redaktəOvalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur.
Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır.
İqlim və bitki
redaktəQanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir. Ovalığın çox hissəsində iyul ayının orta temperaturu 30-36 °C təşkil edir, yanvar ayında isə 20 °C, şimal-qərb hissəsində 12 °Cqədər düşür. Bəzən temperatur 0 °C qədər enir.
Ovalığın daxili 2 fiziki rayona ayrılır — quraq Hind vadisi və rütubətli Qanq ovalığı. Mərkəzi və şərq hissəsində demək olar ki təbii halda bitki örtüyü yoxdur. Qanq və Brahmaputranın deltası sıx və həmişəyaşıl meşələrlə örtülüb. Bir vaxtlar buranın qərb hissəsi şoranlıq və qumlu səhralarla örtülmüşdür.
Palma və meyvə ağaclarının və mədəni savanna bitkilərinin (düyü, buğda, darı, qarğıdalı, pambıq və başqa) landşaftı üstünlük təşkil edir.