Hekate Bogazi - Wikipedia
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir. Bölgədə hayda xalqı yaşayır. Onlar bu əraziyə 6-8 min il bundan əvvəl gəlmişdir. Avropalıların bura ilk gəlişi ispan araşdırmaçısı Xasinto Kaamano (isp. Jacito Caamaño) tərəfindən 1792-ilə təsadüf edilir. Onun adı isə 70 il sonraya qoyulur. Kapitan Henri Riçards onu öz gəmisinin şərəfinə adlandırırlar. Gəmi 1861 - 1868-ci illərdə Sakit okeanın Şimali Amerika sahillərini tətqiq etmişdir.
Hekate boğazı | |
---|---|
ing. Hecate Entrance | |
Ümumi məlumatlar | |
Eni | minimum 48 km |
Uzunluğu | 260 km |
Ən böyük dərinliyi | 45 m |
Yerləşməsi | |
53°11′00″ şm. e. 130°50′00″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Hayda-Quain adasını materikdən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktə- Xekate boğazı (ing.)