Harva Kilsesi - Wikipedia
Harva_kilsəsi - Haqqında Məlumat
Harva kilsəsi — Ağdərə rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir.
Harva kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağdərə |
Yerləşir | Dovşanlı kəndi |
Aidiyyatı |
Qafqaz Albaniyası Xaçın knyazlığı |
|
Memarlıq xüsusiyyətləri
redaktəDovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar.[1]
Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir.[1] Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 Мкртчян, 1989. səh. 29
Ədəbiyyat
redaktə- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989