Hamar Dagdagan - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Hamar dağdağan | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ümumi yayılması
redaktəRusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb.
Azərbaycanda yayılması
redaktəBöyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir.
Statusu
redaktəAzərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer
redaktəDağətəklərində quru daşlı yamaclarda təbii halda bitir.
Təbii ehtiyatı
redaktəAzərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
redaktəHündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir. Yarpaqların qaidəsi dairəvi-pazşəkilli, kol formalarında isə demək olar ki, ürəkvaridir. Yarpaqların ucu iti, xırda mişarkənarlı, sarımtıl-yaşıl (xüsusən alt tərəfdən), hamar, bəzən kələ-kötür, uzunluğu 4–7 sm, eni 4 sm olub, çılpaq saplaq üzərində yerləşmişdir. Meyvələri şarformalı, qırmızımtıl, 1–2 sm uzunluqda olub, uzun, çılpaq meyvə saplağı üzərində yerləşmişdir. Meyvəsi kürə formalıdır, uzun saplağı vardır. Çəyirdəyi zəif qırışıqlı olub, dairəvidir. Aprel-may ayında çiçəkləyir.
Çoxalması
redaktəƏsasən generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir.
Becərilməsi
redaktəMədəni şəraitdə becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəQəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı kitabı"na salınması tövsiyə edilir.
Ədəbiyyat
redaktə- Деревья и кустарники СССР. Т.4. 1951.;
- Флора Азербайджана. т.6.1955;
- Azəraycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan florasının konspekti. I–III cildlər.2005;2006;2008;
- Naxçıvan MR florasının taksonomik spektrı.2008;
- Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.2011.
Məlumat mənbəsi
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine