Hacili Cebrayil - Wikipedia
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı[1] inzibati-ərazi vahidinə daxil olan bir kənddir[2]. Kənd düzənlikdə yerləşir.[3] Cəbrayıl şəhərindən 5 km cənubdadır.
Hacılı | |
---|---|
39°18′37″ şm. e. 47°04′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi
redaktəRusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi.[4]
Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi.[3] Kənddə klub, kitabxana və tibb mərkəzi var idi.[3]
1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi.[5]
1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur.
19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.[6][7] Üç gün sonra Prezident Əliyev kəndin digər hissəsinin də azad edildiyini bəyan etdi.[8] 7 noyabr tarixində Azərbaycan Müdafiə Nazirliyi Hacılı kəndinin Azərbaycan nəzarətində olduğunu göstərən video görüntüləri yayımladı.[9]
Toponimikası
redaktə- Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi hacılı tirəsinə mənsub ailələrin Dübar adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır;[1]
- Füzuli rayonunun Böyük Bəhmənli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir.
- Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[10]
Əhalisi
redaktə"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil olan Hacılı 1 və Hacılı 2 kəndlərində 63 ev var idi və burada 272 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı, onlardan 10-u ruhani nümayəndəsi idi, digərləri isə kəndlilər idi.[4]
1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Hacılı kəndində 451 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[11]
1986-cı ildə kənddə 383 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, buğda əkinçiliyi, ipəkçilik və üzümçülüklə məşğul olurdu.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). I. Baku: Şərq-Qərb. 2007. səh. 221. ISBN 978-9952-34-155-3. 2023-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 4 Һаҹылы // Azerbaijani Soviet Encyclopedia (az.). X. Baku: National Academy of Sciences of Azerbaijan. 1987. səh. 155.
- ↑ 1 2 Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. səh. 234.
- ↑ Административное деление АССР. Б.: Издание АзУНХУ. 1933. 24.
- ↑ "13 kənd işğaldan azad edildi". qafqazinfo.az (az.). 19 oktyabr 2020. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
- ↑ "В Баку заявили, что взяли под контроль ряд населенных пунктов в Карабахе" (rus). RİA Novosti. 19 October 2020. 6 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini, Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
- ↑ "Video footage from villages liberated from occupation in the Jebrail region". 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Kavkazskiy kalendar. 1911. səh. 139.