Haci Seferali Hamami - Wikipedia
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb[1]. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Səfəralı hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Novxanı kəndi |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Hacı Səfəralı hamamının inşası zamanı cəsarətli mühəndis-konstruksiya forması tətbiq edilib və möhkəmliyi bütün şərtlərə görə dəqiq həll olunub.
Kənd sakini Hacı Gülağa Nağıyevin dediklərinə görə hamam üç nəfərin şərikli pulu ilə tikilib. Məscidi inşa etdirən Hacı Səfəralı şəriklərilə Həzrəti Abbası özlərinə dördüncü şərik seçiblər. Hamamdan gələn gəlirin 25% Həzrəti Abbasın payına ayırılıb, məscidin axunduna təhvil verilib və xeyriyyə işlərinə sərf edilib. Bu ənənə hamam kolxozun balansına veriləndən sonra pozulub.
Ötən əsrin 80-ci illərinin ortalarında kəndə qazın verilməsinin kəskin sürətdə azalması səbəbindən hamam bağlanıb. Abidənin bərpaya ehtiyacı var.
Ədəbiyyat
redaktə- Nəriman Qəhrəmanlı, Vaqif Ağayev, Akademik Şamil Fətullayev-Fiqarovun "Abşeronun memarlığı”, Bakı, 2003.
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ "Hacı Səfəralı hamamı". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.