Hesen Celal Gozel - Wikipedia
Həsən Cəlal Gözəl (1945, Qaziantep – 19 mart 2018, Ankara) — 1987–1989-cu illərdə Türkiyə Milli Təhsil, Gənclik və İdman naziri olmuş türk siyasətçisi və bürokrat
Həsən Cəlal Gözəl | |
---|---|
türk. Hasan Celal Güzel | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 2018 |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1945-ci ildə Qaziantepdə dünyaya gəlib. İlk və orta təhsilini Malatyada alıb. 1968-ci ildə Ankara Universiteti Siyasi Biliklər Fakultəsinin İqtisad və Maliyyə bölməsini bitirib. "Türkiyənin İqrisadi Böyümə Modelləri" mövzusunda yazdığı tezislə məzun olub.
Bürokratlıq dövrü
redaktəUniversitetdəki təhsilini başa vurduqdan sonra Dövlət Planlaşdırma Təşkilatında fərqli vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə bir sıra yüksək vəzifələri tutmuş 38 yaşında isə baş nazirin müşaviri olub. Və bununla da həm də Türkiyənin ən gənc baş Nazir müşaviri olub. 24 yanvar 1980-ci ildə olmuş iqtisadi tədbirlərin həyata keçirilməsində ciddi vəzifələri öz üzərinə götürüb.
Siyasi həyatı
redaktə1986-cı ildə Ana Vətən Partiyasından seçkilərə qatılıb Qaziantepdən millət vəkili seçilir. Turqut Özalın hökumətində dövlət naziri və hökumət spikeri vəzifələrini yerinə yetirib. 1987-ci il seçkilərində yenidən seçilərək bu dəfə Milli Təhsil, Gənclər və İdman naziri olur. Bu vəzifələrdən başqa, 1986–89-cu illər arasında Xarici İşlər Nazirinin müşaviri olub. 23 noyabr 1992-ci ildə "Yeniden Doğuş" (YTP) partiyasını yaratmış və onun sədri seçilmişdir.
Köşə yazarlığı fəaliyyəti
redaktə"Dünden Bugüne Tercüman", "Halka ve Olaylara Tercüman", "Radikal", "Vatan" və "Sabah" qazetlərində köşə yazarı olub.
Layihələri və YTSAM
1994-cü ilin sonunda "Yeni Türkiyə Araşdırma Mərkəzi"ni yaradıb "Yeni Türkiyə" adlı 2 aylıq akademik jurnalı çap etməyə başladı. Yeni Türkiyə qısa zamanda bir məktəb halına gəldi. Nəticədə 2015-ci ilin sonuna qədər 7000-dən çox akademik məqalə və 68.000 səhifəlik böyük bir külliyyat ortaya çıxarıldı. Həsən Cəlal Gözəl ömrünün sonuna qədər bu mərkəzin rəhbəri idi.
Həsən Cəlal Gözəl iqtisadiyyat üzrə yazdığı doktorluq tezisi ilə bərabər Türk tarixi, mədəniyyəti və təhsili mövzularında üç ayrı sahələrdən də doktorluq dərəcəsi almışdır.
Həsən Cəlal Gözələ "Türklər" mövzusunda beynəlxalq araşdırmasına görə Türk Tarix Qurumu tərəfindən təqdirnamə verilmişdir. Bundan başqa "Türk Dünyası" adlı araşdırmasına görə "TÜRKSAV"-ın xidmət mükafatına layiq görülmüşdür.
Yaratdığı YTSAM (Yeni Türkiyə Araşdırma Mərkəzi) bu gün bütün dünya və Türkiyədə üç mindən artıq akademiklə iş birliyindədir və bununla yanaşı Türkiyənin ən böyük və ən yaradıcı strateji araşdırma mərkəzidir.
Həsən Cəlal Gözəlin Türk Dünyası ilə bağlı etdiyi araşdırmalar:
- "Yeni Türkiye Türk Dış Politikası" xüsusi buraxılış 1995-ci il
- "Yeni Türkiye Türk Dünyası" xüsusi buraxılış 2 cild, 1997-ci il
- "Cumhuriyet" xüsusi buraxılış 5 cild, 4000 səhifə 1998-ci il
- "Osmanlı" xüsusi buraxılış 4 cild, 2000-ci il
- "Yeni Türkiye Türkoloji ve Türk Tarihi Araştırmaları" xüsusi buraxılış 4 cild, 2002-ci il
- "Yeni Türkiye Türkçe" xüsusi buraxılış 2013-cü il
- "Türk Dünyası" xüsusi buraxılış 2 cild 3000 səhifə 2013-cü il (1997-ci ildə araşdırdığı eyni mövzunu 2013-cü ildə ən son hesablamalara və məlumatlara əsasən yenidən araşdırmışdır)
- "Türk Musîkîsi" xüsusi buraxılış 1600 səhifə Bu araşdırma Türk Dünyası musiqisi mövzusunda bu günə qədər yazılmış ən geniş məzmunlu araşdırmadır.
Rəhbərlik etdiyi beynəlxalq layihələr
- "Beynəlxalq Osmanlı Layihəsi"- "Beynəlxalq Osmanlı Layihəsi"-nə rəhbərlik etmişdir. Bu layihədə bütün dünyanın vacib Osmanlı tədqiqatçıları iştirak etmişdilər. Nəticədə Osmanlı tarixi mövzusunda 12 cildlik ən böyük araşdırma ərsəyə gəlmişdir. Bu araşdırma üçün 33 ölkənin arxivlərindən istifadə edilib və araşdırmanın 4 cildi eyni zamanda ingiliscə çap olunub.
- "Türk Projesi" — Bu araşdırması ilk dövrlərdən günümüzə qədər Türk millətinin qurduğu dövlətləri, inşa etdikləri mədəni abidələri, onların siyasətini, cəmiyyətini, iqtisadiyyatını, elm, dil, ədəbiyyat və bir çox sahələri özündə əhatə edir. Bu araşdırma Türkiyədən 1721 48 fərqli ölkədən isə 589 elm adamı və tədqiqatçıların birgə əməyi nəticəsində ərsəyə gəlib. "Türklərin bu günə qədər hazırlanmış yeganə toplu tarixi" kimi qiymətləndirilmiş bu araşdırma 21 cilddən ibarətdir. Bu layihənin 6 cildi də "The Turks" adı ilə ingiliscə çap edilmişdir.
- "Erməni Məsələsi" Araşdırması — Osmanlı arxivləri başda olmaqla dünyaya açıq bütün arxivlərdən faydalanaraq yazılmış 5 cild və 4000 səhifədən ibarət beynəlxalq araşdırmadır.
- "Beynəlxalq Balkan — Rumeli" — Bu sahədə son yüz ildə Balkanla bağlı yazılmış ən böyük araşdırmadır 5 cild və 6000 səhifədən ibarətdir.
- "Beynəlxalq Qafqaz" Araşdırması — Qafqaz coğrafiyasında hökm etmiş Türk-İslam mədəniyyətini və siyasi, mədəni, iqtisadi baxımdan bu gün mövcud olan vəziyyətini analiz edən 11 cildlik və 8500 səhifəlik bir araşdırmadır.
Bu layihələr və araşdırmalarla yanaşı Türk Dünyası ilə bağlı müxtəlif kitabların və sənədli filmlərin üzə çıxmasında birbaşa rolu olmuşdur
Ölümü
redaktəDənizlidə bir oteldə halı pisləşən Həsən Cəlal paytaxt Ankarada yerləşən Güvən xəstəxanasına müalicə üçün yerləşdirilir[1]. 19 mart 2018-ci ildə ağciyər infeksiyasına görə inkişaf edən tənəffüs çatışmazlığı səbəbindən 73 yaşında dünyasını dəyişdi. 20 mart Türkiyə Böyük Millət Məclisində dövlət mərasimi təşkil edildi mərasimdən sonra Hacı Bayram məscidində cənazə namazı qılanaraq Gölbaşı Qəbiristanlığında dəfn edildi[2].
İstinadlar
redaktə- ↑ "Eski bakan Hasan Celal Güzel hayatını kaybetti". 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
- ↑ "Hasan Celal Güzel'e veda". 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.