Hedef Bakidir - Wikipedia
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film.[1]
Hədəf Bakıdır | |
---|---|
| |
Rejissor | Robert Maqnerot |
Əsərin müəllifi | Lui Vodevil |
İstehsalçı | Baku Media Center |
Filmin növü | sənədli televiziya filmi |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Məzmun
redaktəFilm Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür.
Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir.
Haqqında
redaktəFilm Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir.[2] Filmin layihə rəhbəri Arzu Əliyevadır.[3]
Təqdimatı
redaktə"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.[4]
İstinadlar
redaktə- ↑ Abdullayeva, S. “Hədəf Bakıdır...” sənədli filminin təqdimatı olub: [Heydər Əliyev Mərkəzində] //525-ci qəzet.- 2015.- 6 may.- S.7; Mədəniyyət.- 2015.- 6 may.- S.3.
- ↑ Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində Qələbəyə həsr olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi istehsal edilib //Azərbaycan.- 2015.- 30 aprel.- S.11.
- ↑ “Hədəf Bakıdır...” filmi Fransa telekanalında: [Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli film haqqında] //Mədəniyyət.- 2015.- 13 noyabr.- S.16.
- ↑ “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirilib: Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib: [filmin rejissoru Robert Maqnerotdur (Robert Mugnerot)] //Azərbaycan.- 2015.- 5 may.- S. 4-5.
Xarici keçidlər
redaktə- 1945.az — rəsmi sayt (az.) (ing.) (rus.)
- YouTubeda Filmi izlə (az.)
- YouTubeda Documentary “Objective Baku. Hitler’s War on Oil” (ing.)
- "Hədəf Bakıdır" sənədli filminin anonsu