Huseyn Bagirov - Wikipedia
Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001).
Hüseynqulu Bağırov | |
---|---|
23 may 2001 – 21 aprel 2018 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Muxtar Babayev |
Azərbaycan Respublikasının Ticarət naziri | |
18 aprel 2000 – 30 aprel 2001 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili |
Azərbaycan Dövlət Universiteti İndiana Universiteti |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
Fəaliyyəti
redaktə1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri olmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilmişdir.
2008-ci ildə onun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşmüşdür.
2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilmişdir[1].
Ailəsi
redaktə- Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işləmiş Mircəfər Bağırovun qardaşının nəvəsidir.
İstinadlar
redaktə- ↑ "H.S. Bağırovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.