Hovz Mahali - Wikipedia
Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Hövz mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Mərdan bəy |
Əhalisi | |
Əhalisi | 641 ailə nəfər |
|
Tarixi
redaktəAğsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Mərdan bəy idi.
Əhalisi
redaktəBurada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı.[1]
İqtisadiyyatı
redaktəHovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular.
İstinadlar
redaktə- ↑ Описание Ширванской провинции, 1867, Тифлис. (rus.)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.