Germesovlu Nekropolu - Wikipedia
Gərməşovlu_nekropolu - Haqqında Məlumat
Gərməşovlu nekropolu — Culfa rayonunun Göynük kəndindən şimalda, Xornu çayının yuxarı axarında, hündür təpənin yamacında arxeoloji abidə.
Gərməşovlu nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Göynük kəndi |
Tikilmə tarixi | 1-2-ci əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktəNekropol Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropol yamacda yerləşdiyindən qəbirlər aşınma nəticəsində üzə çıxmış və dağıdılmışdır. Qəbirlər dördkünc, bəzən isə oval formalı olub müxtəlif istiqamətlərə yönəldilmiş vəziyyətdədir. Onlar yanlarda iri sal daşlarla qapadılmışdır. Ətrafa səpələnmiş skelet qalıqları inqumasiya üsulu ilə dəfn adətinin olduğunu göstərir. Qəbirlərdən aşkar olunan gil qablar qırılmış və ətrafa səpələnmişdir. Boz və çəhrayı rəngdə bişirilən keramika məmulatı 1–2-ci əsrlərə aiddir.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan.2008.