Geraybeyli Ucar - Wikipedia
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır.[2]
Gəraybəyli | |
---|---|
40°31′51″ şm. e. 47°39′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəGəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır.
Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.[3]
Tarixi
redaktəKəndin indiki sakinləri əvvəllər hazırda İsmayıllı rayonunun Qaraməryəm tirəsinin (dağ adıdır) ətəyində məskunlaşmışlar. İndi də həmin kənd orada qalmaqdadır. Lakin 1883-cü ildən sonra yəni Bakı-Tibilisi dəmiryolu xətti çəkilib istifadəyə verildikdən sonra yaşayış tərzini daha da yaxşılaşdırmaq, Bakı şəhərinə, Tibilisiyə və digər yerlərə gedib gəlmək işini asanlaşdırmaq və başqa səbəblərə görə İsmayıllı rayonundakı Gəraybəyli kəndindən Ucar dəmir yolu stansiyası ətrafına əvvəlcə bir neçə ailə köçübgələrək Qarabörk kəndinin şimal-qərb tərəfində Ucar dəmir yolu stansiyasına yaxın məsafədə məskunlaşaraq indiki Gəraybəyli kəndi dəmir yolu stansiyasına yaxın məsafədə yerləşməklə kəndin çox hissəsi Ucar şəhərinə birləşmişdir.
Coğrafiyası və iqlimi
redaktəKənd Şirvan düzündə, aranda, Ucar rayon dəmiryolu stansiyasından 2–3 km şimal-şərqdə yerləşir.
Əhalisi
redaktəƏhalisinin sayı 2009-cu ildə 1269 nəfər olmuşdur.[4]
Mədəniyyəti
redaktəKənddə 1 kitabxana var.
Təhsil
redaktəKənddə sürücülük məktəbi mövcuddur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Gəraybəyli (Ucar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Ucar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |