Gence Seherinin Gerbi - Wikipedia
Gəncə şəhərinin gerbi — Gəncə şəhərinin rəmzidir. Cavad xanın (1748-1804) hakimiyyəti dövründə Gəncə xanlığının (1747-1804) bayrağında əks olunmuş simvolların əksini tapdığı gerb 2004-cü ildə qəbul edilmişdir.[1]
Gəncə Şəhərinin Gerbi | |
---|---|
Təfərrüatlar |
Tarixi
redaktəGəncə şəhərinin gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur.[1] Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi.[1] Ziyadoğlular nəsli Azərbaycanın ən nüfuzlu doqquz Qızılbaş tayfasından biri olan Qacarların bir qolu idi.
IX-X əsrlərdən etibarən Azərbaycanın siyasi hakimiyyətində müxtəlif vəzifələri tutmuş Ziyadoğlular 400 ilə yaxın Gəncə bəylərbəyliyini idarə etmişlər. Azərbaycanda mərkəzi hakimiyyətin parçalanması dövründə isə müstəqil Gəncə xanlığını qurmuşlar. Ziyadoğluların Gəncədə hakimiyyətdə olmuş son nümayəndəsi olan Cavad xanın 1804-cü ildə döyüşdə öldürülməsindən sonra bu sülalənin hakimiyyətinə də son qoyulmuş, onların rəsmi simvolları isə sıradan çıxarılmışdır.
Günəş – əbədi həyat simvoludur.
Ay – əbədi işıq rəmzi, paklıq, təmizlik, ağ rəngi əks etdiməklə azadlıq anlamını da daşıyır.
Səkkizguşəli ulduz – İslam dini etiqadına görə Cənnətin səkkiz qapısına, bununla da Gəncənin Cənnət-məkan olmasına işarədir.
Palıd yarpağı – möhtəşəmlik, uzun ömürlülük və müdriklik simvoludur.
Tərəzi - Bərabərlik, ədalətlilik, düzlüyün simvoludur.
Yaşıl rəng – İslamın rəmzidir.