Fitne Film 1970 - Wikipedia
Fitnə_(film,_1970) - Haqqında Məlumat
Fitnə — 1970-ci ildə Azərbaycanda istehsal olunmuş cizgi filmi.
Fitnə | |
---|---|
Fayl:Fitnə (film, 1970).jpg | |
Janr |
dram musiqili |
Rejissor | Ağanağı Axundov |
Ssenari müəllifi | Ədhəm Qulubəyov |
Operator | Aleksandr Milov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 18 oktyabr 1971 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1970 |
Texniki məlumatlar |
1 hissə 251 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəİnsan əlinin zəhməti və iradəsi hesabına ən çətin, hətta ağlasığmaz işlərin də öhdəsindən gələ bilər. Filmin təlqin etdiyi fikir budur.
Nağılın qəhrəmanı gözəl Fitnə xalq arasından çıxmış bir qızdır. O, şaha və onun əyanlarına öz üstünlüyünü sübut edir, şahın məhəbbət və hörmətini qazanır.
Film Orta əsr Azərbaycan miniatür sənəti üslubundadır.
Film haqqında
redaktəFilm dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmişdir.
Applikasiya filmidir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Ədhəm Qulubəyov
- Rejissor: Ağanağı Axundov
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev
- Bəstəkar: Aqşin Əlizadə
- Operator: Aleksandr Milov
- Səs operatoru: Əziz Şeyxov
- Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Nazim Məmmədov
- Fon rəssamı: R.Ələkbərov, Elçin Axundov
- Rejissor assistenti: F.Əfəndiyev
- Operator assistenti: Ramiz Babayev
- Montaj üzrə assistent: Lidiya Vyalsova
- Mətni Oxuyan: Konstantin Artyomov
- Redaktor: İntiqam Qasımzadə
- Filmin direktoru: İbrahim Səfərov
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.