Filipp Ludviq Pfals Noyburq Hersoqu - Wikipedia
Filipp Lüdviq (alm. Philipp Ludwig; 2 oktyabr 1547[1], Çvaybrükgen – 22 avqust 1614[1], Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi.[2]
Filipp Lüdviq | |
---|---|
alm. Philipp Ludwig von Pfalz-Neuburg | |
Əvvəlki | Volfqanq fon Vittelsbax |
Sonrakı | Volfqanq Vilhelm |
Əvvəlki | Otto Henri |
Sonrakı | Avqust |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 oktyabr 1547[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1614[1] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | I Volfqanq |
Anası | Hesseli Anna |
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFilipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı.[3] Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü.
Ailəsi
redaktə27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi. Övladları:
- Anna Mariya (18 avqust 1575 – 11 fevral 1643), 9 sentyabr 1591-ci ildə Sakse-Veymar hersoqu I Fridrix Vilhelmlə evləndi.
- Dorotea Sabina (13 oktyabr 1576 – 12 dekabr 1598)
- Volfqanq Vilhelm (25 oktyabr 1578 – 20 mart 1653)
- Otto Henri (28 oktyabr 1580 – 2 mart 1581)
- Avqust (2 oktyabr 1582 – 14 avqust 1632) — Pfals-Sulzbax hersoqu
- Amalia Hedviq (24 dekabr 1584 – 15 avqust 1607)
- İohann Fridrix (23 avqust 1587 – 19 oktyabr 1644) — Pfals-Sulzbax-Hilpoltştayn hersoqu
- Sofi Barbara (3 aprel 1590 – 21 dekabr 1591)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Lundy D. R. Philip Ludwig Pfalzgraf von Neuburg // The Peerage (ing.).
- ↑ Neue Deutsche Biographie (NDB). Band 20, Duncker & Humblot, Berlin 2001, ISBN 3-428-00201-6
- ↑ Hayden, J. Michael (1973). "Continuity in the France of Henry IV and Louis XIII: French Foreign Policy, 1598–1615". Journal of Modern History. 45 (1):