Filip Vuyanovic - Wikipedia
Filip Vuyanoviç — (d. 1 sentyabr 1954[1][2], Belqrad, Yuqoslaviya) — Monteneqronun birinci prezidenti.
Filip Vuyanoviç | |
---|---|
serb-kiril. Филип Вујановић | |
| |
20 may 2008 (4 iyun 2006) – 20 may 2018 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Milo Cuqanoviç |
Şəxsi məlumatlar | |
Doğum adı | Филип Вујановић |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Monteneqro |
Partiya | MSDP |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Svetlana Vuyanoviç |
Uşaqları | Tatyana, Nina və Danilo |
Dini | şərqi ortodoks xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFilip Vuyanoviç 1954-cü il sentyabrın 1-də Yuqoslaviyanın Belqrad şəhərində anadan olub. O, 1978-ci ildə Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirdi.
Fəaliyyəti
redaktəFilip Vuyanoviç 1978-ci ildən 1980-cı ilə qədər Belqradda, 1980-cı ildən 1981-ci ilə qədər isə Titoqradda ədliyyə sahəsində çalışıb.
1993-cü ildən 1995-ci ilə qədər Çernoqoriyanın ədliyyə naziri olan Filip Vuyanoviç, 1995-ci ildən 1998-ci ilə qədər Çernoqoriyanın xarici işlər naziri olub.
Filip Vuyanoviç 1998-ci il fevralın 5-də Çernoqoriyanın Baş naziri vəzifəsinə təyin edildi. 2002-ci il noyabrın 5-də o, Çernoqoriya Parlamentinin sədri seçildi. Elə həmin tarixdə Filip Vuyanoviç Çernoqoriyanın Baş naziri vəzifəsindən azad edildi.
İstinadlar
redaktə- ↑ Filip Vujanović // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Filip Vujanovic // Munzinger Personen (alm.).
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |