Farsal Doyusu - Wikipedia
Farsal döyüşü (Pharsalos, Pharsala) — Yunanıstanın Larisa nomunun (Fessaliya) Farsal şəhəri yaxınlığında Yuli Sezarın vətəndaş müharibəsi gedişində E.ə. 48-ci il 6 iyunda Qay Yuli Sezarın 30 min piyada və 1–2 min süvaridən ibarət qoşunu ilə Qney Pompeyin başçılığı altında Roma senatının 30 min piyada və 3–4 min süvaridən ibarət qoşunları arasında baş verən həlledici döyüş.
Döyüş
redaktəTərəflərin döyüş qaydaları hərəsində 10 şerenqa olan üç xəttdən ibarət idi. Sezarın ordusunun sol cinahı ilə Pompey ordusunun sağ cinahı dik enişli sahili olan Enipay bulağına dirənmişdilər. Buna görə də rəqiblərin süvariləri bulaqdan əks tərəfdə cəmlənmişdilər. Pompeyin süvarilərinin zərbə imkanlarını nəzərə alaraq, Sezar üçüncü sıradan seçmə 6 koqorta çıxararaq onları, xüsusi ehtiyat kimi öz sağ cinahının arxasında yerləşdirdi, üçüncü xəttin qalan koqortaları ümumi rezervi təşkil edirdilər. Döyüşün əvvəlində Pompeyin süvariləri Sezarın süvarilərini sıxışdıra bildi, lakin onun xüsusi rezervi, sonra isə süvarilər tərəfindən əkshucuma məruz qaldı və qaçmağa başladı. Pompeyin süvarilərini təqib edən Sezarın piyada və süvariləri Pompeyin əsas qüvvələrinin arxasına çıxdı. Bu anda Sezar döyüşə əsas rezervi daxil etdi. Bu döyüşün taleyini həll etdi. Eyni vaxtda cəbhədən və cinahdan zərbəyə dözməyən Pompeyin qoşunu qaydası pozulmiş halda geri çəkilməyə başladı, sonra qaçmağa üz tutdu. 24 min adam əsir alındı. Farsal döyüşündə, əvvəllər ancaq düşmənin zərbələrini dəf etmək üçün istifadə olunan rezerv onun darmadağın edilməsinin əsas vasitəsi oldu. Sezarın qələbəsi Romada respublika quruluşunun dağılmasını tezləşdirdi və hərbi diktaturanın qurulmasına yol açdı.
Mənbə
redaktə- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh. 249–250