Fars Beylerbeyliyi - Wikipedia
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.
Səfəvilər dövlətinin bayrağı
və gerbi |
Əyalət | |||
Fars bəylərbəyliyi | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Şiraz | ||
Rəsmi dilləri | Azərbaycan dili, fars dili | ||
Bəylərbəyi | |||
• 1503-1505 | İlyas bəy Hacılar-Zülqədər (ilk) | ||
Tarixi | |||
• 1503 | Yaranması | ||
• 1736 | Səfəvilərin sonu |
Tarixi
redaktəXVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi.
Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi. Bunun ləqəbi də Əli Sultan idi. Zülqədərlilər Şah Abbasın zamanınadək Fars bölgəsini əllərində tutdular. Öncə vurğulandığı kimi, Diyarbəkirdə öldürülən Dülqədirli Əlaüddövlənin oğlu Şah Ruh Bəyin oğulları Məhəmməd və Əli, İsmayılın yanında olduqları kimi, Dülqədir bəyliyinin 1515-də Şahsuvar Oğlu Əli Bəyə verilməsi üzərinə Zülqədərlilərin bir qismi Şah İsmayılın xidmətinə keçdilər.
Vilayətləri
redaktəMahalları
redaktəNahiyələri
redaktəHakimləri
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.