Fan Icji - Wikipedia
Fan İçji (çin. 方以智 Fāng Yǐzhì, 1611[1][2][…] – 9 noyabr 1671[1][2][…]) — Çin filosofu, astronomiya, filologiya, dilçilik, musiqişünaslıq, tibb və digər elmlərlə məşğul olan alim Çində ilk dəfə olaraq "fəlsəfə" və "elm" terminoloji fərqini aparmış və konfutsianlığın, daosizm və buddizmin vəhdətini təsdiq etmişdir. Ensiklopediyaçı-alimdir.
Fan İçji | |
---|---|
çin. 方以智 | |
Doğum tarixi | 1611[1][2][…] |
Vəfat tarixi | 9 noyabr 1671[1][2][…] |
Əsas maraqları | fəlsəfə, buddizm[3], fizika[3], təbiət elmləri[3], dilçilik[3], incəsənət[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1611-ci ildə Fan İçji alim ailәsindә dünyaya göz açmışdır. 1640-cı ildә Hanlin akademiyasında tarixşünas vəzifəsini daşımışdır. Çin sülalәsi hakimiyyәtә gәldikdәn dərhal sonra 1644-cü ildә Fan İçji cәnuba qaçmışdır.
1650-ci ildә Fan İçji buddist rahibi olmuşdur, onun dövrümüzәdәk saxlanılmış әsәrlәrindәn әn mühümü "U-li syao-şi" әsәridir, burada Fan İçjiyә mәlum olan elmi biliklәr yer almış vә onlar 3 sahәyә (fәlsәfә, tәbiyyatşünaslıq vә idarәçilik) bölünmәklә tәsnif edilmişdir. Sonradan Fan İçji öz doğma torpaqlarına getdi və ilk Nankin səmavi sülh monastırında məskunlaşdı.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |