Feteli Xan Efsar - Wikipedia
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu.[1]
Fətəli xan Əfşar | |
---|---|
Fətəli xan Araşlı-Avşar | |
| |
1747 – 1748 | |
Sonrakı | Mehdi xan Qasımlı-Avşar |
1748 – 1763 | |
Əvvəlki | Əmiraslan xan Qırxlı-Avşar |
Sonrakı | Nəcəfqulu xan Dünbili |
1757 – 1762 | |
Əvvəlki | Azad xan Əfqan |
Sonrakı | Rüstəm xan Qasımlı-Avşar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1700 |
Doğum yeri | Urmiya |
Vəfat tarixi | |
Vəfat yeri | Urmiya, Urmiya xanlığı |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Əlimərdan xan |
Uşaqları | Cahangir xan, Abdurrəşid xan |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | Şiə (İslam) |
Siyasəti
redaktəFətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir.
Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.[2]
Xorasanın Güneyində möhkəmlənmiş Kərim xan Zənd 1752-ci ilin sonunda Urmiya Xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə Fətəli Xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın gücləri Qəmşə adlı yerdə zəndləri yenidən məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı İsgəndər xan əsir alınaraq edam edilir. Bu zaman İranin Quzeyində möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda Savaşa başlayır. O, 1755-ci ilin yazında İsfahanı ələ keçirir. Kərim xan Şiraza qaçır.
Məhəmmədhəsən xan Ərdəbil və Lənkəran xanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərək Qarabağa hücum edir. Daha sonra Təbrizi, sonra isə Urmiyanı tutur. 1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir. 1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir.[3]
Xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə Fətəli Xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın gücləri Qəmşə adlı yerdə zəndləri yenidən məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı İsgəndər xan əsir alınaraq edam edilir. Bu zaman İranın Quzeyində möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda Savaşa başlayır. O, 1755-ci ilin yazında İsfahanı ələ keçirir. Kərim xan Şiraza qaçır.
Məhəmmədhəsən xan Ərdəbil və Lənkəran xanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərək Qarabağa hücum edir. Daha sonra Təbrizi, sonra isə Urmiyanı tutur. 1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir. 1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir.[3]
1761-ci ildə Kərim xan Zənd güclü ordu ilə yenidən hücuma keçərək Urmiya şəhərini, 1763-cü ilin ortalarında Fətəli xanı əsir alır.[4]
İstinadlar
redaktə- ↑ Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı: Şuşa, 2007,
- ↑ "Urmiya xanlığının tarixi". 2013-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-14.
- ↑ 1 2 Quliyeva.G.C. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi münasibətləri (XVIII əsrin II yarısı): monoqrafiya. Bakı; Nurlan; 2002,-s. 132.
- ↑ "Azərbaycan Tarixi - Urmiye Xanlığı". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-14.
Mənbə
redaktə- Dəlili H. Fətəli xan Əfşarın Azərbaycan dövləti yaratmaq təşəbbüsü. (XVIII əsrin 50 - 60-cı illəri) Azərb. EA Xəbərləri tarix fəls. və hüquq seriyası, 1975, N: 1. s. 40.
- Ənvər Çingizoğlu, Fətəli xan Araşlı-Avşar, Bakı: Mütərcim, -72 səh.
- Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Borçalı XVIII yüzilliyin II yarısında Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine