Feteli Bey Xali Gencevi - Wikipedia
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı
Fətəli bəy Xali-Gəncəvi | |
---|---|
Fətəli bəy Ziyadoğlu-Qacar | |
Doğum yeri | Gəncə şəhəri |
Fəaliyyəti | şair |
Həyatı
redaktəFətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı.
Yaradıcılığı
redaktəAzərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb. O, 1825-ci ildə Təbrizdə vəfat edib. [1]
Mənbə
redaktəAzərbaycan MEA Əlyazmalar institutu
Həmçinin Bax
redaktə- ↑ "Fəthəli bəy Hali Gəncəvinin şeirlər toplusu çapdan çıxıb". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-09.