Feramez Memmedov - Wikipedia
Fəramiz Həmid oğlu Məmmədov (d. 10 yanvar 1942, Kirovabad) — Azərbaycan operatoru.
Fəraməz Məmmədov | |
---|---|
Doğum tarixi | 10 yanvar 1942 (82 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | kinematoqraf |
Həyatı
redaktəFəramiz Məmmədov 10 yanvar 1942-ci ildə[1] Gəncədə doğulmuşdur. 1958-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Bakıya köçmüşdür. 1959-cu ildən 2004-cü ildə təqaüdə çıxana qədər Azərbaycanfilm kinostudiyasında operator assistenti, quruluşçu operator, rejissor-operator kimi fəaliyyət göstərmişdir. 1967-1973-cü illər Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. 40-a yaxın sənədli və bədii filmin, 20-dən çox Mozalan satirik jurnalı və sair süjetlərin quruluşçu operatoru, rejissor-operatoru, müəllif-operatoru olmuşdur.
1978-ci ildən SSRİ Kinematoqrafçıları İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür.
1981-1985-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində Ərəbşünaslıq üzrə ixtisas əldə etmiş, 1984-cü ildən kino sənəti ilə paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Qurani-Kərimin elmi araşdırmaları adlı üç kitabın müəllifidir. Tərcümələr şeir-nəzmlə olunmuşdur.
Filmoqrafiya
redaktə- Alıcının sərgüzəşti (film, 1976)
- Appassionata (film, 1970)
- Aşıq Ələsgər (film, 1972)
- Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (film, 1977)
- Bu torpağın nemətləri (film, 1979)
- Buyruq və quyruq (film, 1972)
- Cavidi xatırlarkən (film, 1982)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Eldən soruş (film, 1980)
- Evlər yıxanım mənim!!. (film, 1974)
- Əcəmi Naxçıvani (film, 1976)
- Fəallıq (film, 1975)
- Firəngiz (film, 1975)
- İstintaq davam edir (film, 1966)
- Komissarın ürəyi (film, 1978)
- Kontor (film, 1978)
- Qanun naminə (film, 1968)[2]
- Qıfıllı istirahət ocağı (film, 1975)
- Qoca palıdın nağılı (film, 1984)
- Qoy dolanaq... (film, 1972)
- Leyli və Məcnun (film, 1961)
- Maestro Niyazi (film, 1983)
- Mən Bakıda yaşayıram (film, 1986)
- Mən fəhləyəm (film, 1975)
- Mikayıl Abdullayev (film, 1972)
- Min bir xəzinə (film, 1976)
- Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
- Müqəddəs borc (film, 1974)
- Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
- Nar (film, 1981)
- "Neftçi"-87 (film, 1987)
- Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
- Pambıq sovkası ilə mübarizə (film, 1974)
- Putyovka (film, 1975)
- Sağ ol, müəllim (film, 1985)
- Uçurum üzərində cığır (film, 1979)
- Yeni üsul (film, 1974)
- Yolum düşdü (film, 1974)
- Yoxlanılmış, inanılmış... (film, 1971)
- Zaqatala (film, 1972)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- ↑ "Aydın Dadaşov. "Bizim kino". Muxtar Dadaşovun "Qanun naminə" filmi haqqında". 2018-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.