Eynulla Medetli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru.
Eynulla Mədətli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1954 (70 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat |
Həyatı
redaktəElmi əsərlər
redaktə- Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, 2011,
- XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. Bakı, 2017,
- İranda Azərbaycan tarixi məsələləri. Bakı, 2020,
- Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili. Bakı, 2020 (həmmüəllif),
- Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər yolu. Bakı, 2021,
- Tarix və tarixşünaslıq məsələləri. Bakı, 2022.
Mükafatları
redaktəAzərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb. "İlin adamı-2014" mükafatının Kiyevdə təqdimetmə mərasimi keçirilib.[1][2][3]
İstinadlar
redaktə- ↑ Elmar Məmmədov səfiri "İlin adamı" mükafatına görə təbrik etdi — assanews.com saytı
- ↑ [1] [ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-21.