Ermenistan Ruslari - Wikipedia
Ermənistan rusları — Ermənistan ərazisində yaşayan etnik azlıq. Sayları 11,9 min nəfər təşkil edir. Bu isə ümumi Ermənistan əhalisinin 0,39 % təşkil edir[1]. Əvvəllər Ermənistan ərazisində rusların sayı kifayət qədər çox olmuşdur. Spitak zəlzələsi, SSRİ-nin çöküşü, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Türkiyə tərəfindən tətbiq edilən blokada Ermənistanda iqtisadı vəziyyəti ağırlaşdırması, ölkədə iqtisadi, elmi və təsərrüfat sahələrində baş verən çöküşlər rusların sayına mənfi təsir göstərmişdir. Onların böyük əksəriyyəti Rusiyaya çiqrasiya etmək məcburiyyətində qalmışdır. Gürcü-osetin və gürcü-abxaz münaqişləri nəticəsində Ermənistanla Rusiya arasında quru əlaqələrinin kəsilməsi bu köçü dahada artırmışdır.
Rus-molokan, Lemontovo kəndi, 2012) | |||
Ümumi sayı | |||
---|---|---|---|
11 911 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
İrqi | |||
Avropoid | |||
Dini | |||
Ermənistanda hazırda ruslar güçlü şəkildə asimiliasiyaya məruz qalırlar. Bu diaspor keçmiş Sovetlər birliyi ölkələri arasında ən az saylısıdır.
Rus diasporunun tarixi
redaktəErmənistandakı ruslar sosial və mədəni cəhətdən Ermənistana bağlılıq dərəcələrinə görə Sovet dövrü və ondan əvvəlki miqrantlara bölünürlər. Rusların hazırkı, Ermənistan ərazisində yerləşdirilməsi Türkmənçay müqaviıləsindən sonraya aiddir. 1880-ci illərdə müasir Ermənistan ərazisində 11 rus kəndi vardı. Onlarda ümumi olaraq 11 283 nəfər təşkil edirdi. Ən iri rus yaşayış məntəqəsi Voronsovka isi. Bu Cənubi Qafqaz ərazisində molokanların dini mərkəzi sayılırdı. Kənddə 2300 rus yaşayırdı.
Kəndli əhalisindən başqa Ermənistanda inzibati idarə işləri ilə məşqul olanlar və zabitlərdə köç etmişlər. İdarəçilik işlərində işləyənlərin böyük əksəriyyəti İrəvandaa cəmləşmişdilər. Lakin 1990-ci illərdə başlanan miqrasiya demoqrafik çöküşə səbəb olmuşdur.
Ruslar istər Ermənistan SSR-də istərsə müasir ermənistanda daha çox şəhərlərdə çəmləşmişlər. Bununla belə ölkənin şimal-şəqrində rus əhalisindən ibarət olan kəndlər vardır[2]. Ermənistnda olan rusların böyük əksəriyyəti paytaxt İrəvanda yaşayır. Belə ki, ümumi rus dioasporasının 45,6 % təşkil edir. Bununla belə ruslar istər sovetlər dönəmində, istərsə müstəqillik illərində paytaxt əhalisinin 5 %-ni keçmirdi.
İllər üzrə sayları
redaktəErmənistan rusları | 1926[3] | 1939[3] | 1959 | 1970 | 1979 | 1989 | 2001[4] | 2011[5] |
sayları, nəf | 19548 | 51464 | 56477 | 66108 | 70336 | 51555 | 14660 | 11911 |
Payı, % | 2,22 | 4,01 | 3,20 | 2,65 | 2,32 | 1,56 | 0,46 | 0,39 |
Yayılması
redaktəİnzibati vahid | 2001[4] | İnzibati vahid üzrə. əhalinin payı |
2011[5] | İnzibati vahid üzrə əhalinin payı |
---|---|---|---|---|
Ermənistan | 14660 | 0,46 % | 11911 | 0,39 % |
İrəvan | 6684 | 0,61 % | 4940 | 0,47 % |
Araqacotn mərzi | 179 | 0,13 % | 180 | 0,14 % |
Ararat mərzi | 418 | 0,15 % | 436 | 0,17 % |
Armavir mərzi | 480 | 0,17 % | 426 | 0,16 % |
Vayoc dzor mərzi | 71 | 0,13 % | 77 | 0,15 % |
Geğarkunik mərzi | 430 | 0,18 % | 328 | 0,14 % |
Kotayk mərzi | 684 | 0,25 % | 590 | 0,23 % |
Loru mərzi | 3882 | 1,36 % | 3152 | 1,34 % |
Sünik mərzi | 253 | 0,17 % | 259 | 0,18 % |
Tavuş mərzi | 531 | 0,40 % | 423 | 0,33 % |
Şirak mərzi | 1048 | 0,37 % | 1100 | 0,44 % |
Mədəniyyət və siyasət
redaktəErmənistandakı Həmvətənlərinə Yardım Fondunun baş direktoru İvan Semenov qeyd etdiyi kimi, Ermənistanı tərk etməyənlərin təxminən yarısı qarışıq ailələrin üzvləridir. Üstəlik rus nəsilləri arasında ermənilərin dil və etnik assimilyasiyasının güclü təzahürləri vardır. 1993-cü ildə "Dil haqqında" qanunun qəbul edilməsi ilə bütün ofis işləri və təlimlər erməni dilinə tərcümə edildi, texniki məktəblərdə və universitetlərdə rus fakültələri bağlandı, bəzi ixtisaslı rusdilli mütəxəssislər isə nəticədə ölkəni tərk etməyə məcbur edildi. Ermənistanda 40 orta məktəbdə rus sinifləri qaldı, burada "Dil haqqında" Qanuna görə, yalnız etnik rusların övladları, Rusiya vətəndaşları və qarışıq nikahdan olan uşaqlar təhsil almaq hüququna sahibdirlər.
Mənbə
redaktə- "Русские в Армении". Деловой экспресс. 7 - 13 июля 2005. 2012-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-22.
- Манвелян Алексей. "Русские в Армении: последние из молокан". BBC. 07.08.2007. 2012-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-17.
İstinadlar
redaktə- ↑ "Население (городское, сельское) по национальности, полу и возрасту. Результаты переписи населения 2011 года Республики Армения (показатели Республики Армения)" (PDF). 2015-11-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-02.
- ↑ Манвелян Алексей. "Русские в Армении: последние из молокан". BBC. 07.08.2007. 2012-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-17.
- ↑ 1 2 "Этно-Кавказ. Население Армении по переписям 1897–2001 гг". 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ 1 2 "Population statistics of Eastern Europe. Ethnic composition of Armenia 2001". 2013-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ 1 2 "Population statistics of Eastern Europe. Ethnic composition of Armenia 2011". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.