Ermenistan Turkiye Munasibetleri - Wikipedia
Ermənistan–Türkiyə münasibətləri — Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaraq bağlıdır[1].
Ermənistan–Türkiyə münasibətlər | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı imperiyasında ermənilər
redaktəErmənistan XV-XVI əsrlərdə Osmanlı İmperiyasının tərkibində idi. Ermənilərlə osmanlılar arasında münasibətlər qarışıq olmuşdur. Osmanlı hökmdarları Konstantinopolda erməni Patriarxlığının yaradılmasına təşəbbüs göstərmişdilər. Şəhərin erməni əhalisi artmırdı və sultanın dəstəyindən istifadə etməyərək daha pis vəziyyətdə idi. Kəndlərdə yaşayan ermənilər tez-tez yerli idarədən əziyyət çəkirdilər. Bundan əlavə cizyə kimi əlavə vergi ödəməli olurdular. Oğlan övladlarını isə döyüşçü olmaq üçün sultana verirdilər (Yeniçəri). Ancaq XVII əsrin əvvəllərindən Osmanlı İmperiyası zəyifləmələ başladı. Eyni zamanda hökmdarlar ermənilərdən çox şübhələnməyə başladılar. Bunun səbəblərindən biri, imperiyanın ərazisində yaşayan xristian xalqlarına Rusiyanın himayədarlıq etməsi idi.
Sultan II Əbdülhəmid (1876-1908) dövründə Osmanlıda yaşayan ermənilərin yaşayış şəraiti pisləşdi. Onlar Rusiyaya və Qərb ölkələrinə meyl etmələri səbəbimdən ermənilərə silah gəzdirmək qadağan edildi. Onlar kürd talançılarının və Osmanlı vergi yığanların qurbanı olurdular[2]. Ancaq İstanbulda yaşayan ermənilər yenə də əhəmiyyətli imtiyazlardan istifadə etdirdilər. Osmanlı dövlət xidmətləri və bank sistemləri əsasən ermənilər və yunanlar tərəfindən idarə olunurdu.
1908-ci ildə Türkiyədə "İttihad və Tərəqqi Komitəsi" və ya Gənc Türklərin rəhbərlik etdiyi bir inqilab baş verdi. Komitə II Əbdülhəmidin despotik qaydasının sona çatmasını və imperiyanın etnik azlıqlarına qarşı yeni bir kursun başlandığını elan etdi. Ermənilər Gənc Türklər hərəkatını dəstəklədilər və yeni hökumətin qurulmasında iştirak etdilər.
1915—1921-ci illərdə Türk-erməni münasibətləri
redaktə10 avqust 1920-ci ildə Fransanın Sevr şəhərində imzalanan müqaviləyə əsasən Türkiyə Ermənistanı «azad və müstəqil dövlət» olaraq tanıdı. Türkiyə və Ermənistan Van, Bitlis, Ərzurum və Trabzon vilayətləri arasındakı sərhəd arbitrajı ilə əlaqədar ABŞ prezidenti Vudro Vilsonla razılaşmağa və Ermənistanın Qara dənizə (Batum yolu ilə) çıxışı ilə bağlı şərtlərini qəbul etməyə razılıq verdilər. Ancaq bu müqavilə qüvvəyə minmədi. Səbəb Mustafa Kamal Atatürkün başçılıq etdiyi Türkiyənin yeni hökuməti onu təsdiqləməkdən imtina etməsi olur. Nəhayət 1923-cü il Lozanna konfransında Sevr müqaviləsinin şərtlərinə yenidən baxıldı. 3 dekabr 1920-ci ildə Türkiyə-Ermənistan müharibəsinə son qoyan Gümrü müqaviləsi imzalanmışdır[3]. Müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatır. Ermənistan hökuməti Sevr sülh müqaviləsinin ləğv olunduğunu tanıdı, Avropa və Amerikadan nümayəndə heyətlərini geri götürməyə, "imperialist vəzifələrə təhrik edən və həyata keçirən bütün şəxsləri hökumətdən uzaqlaşdırmağa" söz verdi. Türkiyə Ermənistanın dəmir yollarına və digər rabitə yollarına nəzarət etmək, Ermənistan ərazisində hərbi tədbirlər görmək hüququ əldə etdi. Müqavilədə qaçqınların geri qaytarılması və Ermənistanın müsəlman əhalisinin hüquqları da nəzərdə tutulmuşdur. Ertəsi gün, 4 dekabr 1920-ci ildə Qırmızı Ordunun hissələri İrəvana girdilər və Sovet Ermənistanının yeni hökuməti Gümrü müqaviləsini ləğv etdi. Ermənistan və Türkiyə arasındakı münasibətlər 1921-ci il 13 oktyabrda imzalanan Qars müqaviləsi ilə sona çatdı[4].
Türkiyə və Ermənistan SSR İkinci Dünya müharibəsindən sonra
redaktəSovet İttifaqı Türkiyədən Qərbi Ermənistan adlandırdığı ərazinin bir hissəsini qaytarmağı tələb edərək, onları Ermənistan və Gürcüstan SSR-in tələbləri kimi təqdim etdi. 1953-cü ildə Nikita Xruşşovun hakimiyyəti dövründə Sovet rəhbərliyi respublika rəhbərləri tərəfindən əvvəllər səsləndirilən iddiaların rədd edildiyini rəsmi olaraq elan etdi.
İstinadlar
redaktə- ↑ "The World Factbook — Central Intelligence Agency". 2020-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ Israel W. Charny. Encyclopedia of genocide. — ABC-CLIO, 1999. — Т. I. — С. 463:"His Bloody News from My Friend was published in Constantinopole in 1909 in Armenian and translated into English by Peter Balakian and Nevart Yaghlian [1996]. These poems depict the atrocities of the 1909 massacre of the Armenians when the Turks killed about 30,000 Armenians living in Adana, a prologue to the later genocide.«
- ↑ "Александропольский договор". 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
- ↑ Карсский договор 1921 года вновь может стать региональным фактором (полный текст документа) / ROL