Elroy Cester - Wikipedia
Elroy Çester (ing. Elroy Chester; 14 iyun 1969, Texas, Cefferson - 12 iyun 2013, Texas, Hantsvill) — amerikalı seriyalı qatil, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan dustaq.[1]
Elroy Çester | |
---|---|
ing. Elroy Chester | |
Doğum tarixi | 14 iyun 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 2013 (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ölümcül inyeksiya ilə edam |
Vətəndaşlığı | |
Qətllər | |
Qurbanların sayı | 1-5 |
Cəzası | ölüm (26 sentyabr 1998) |
Cinayətlər
redaktəElroy Çester 1998-cu ildə Texas ştatının Port-Artur şəhərində yanğınsöndürən Villi Raymana ölümcül şəkildə atəş açdığına görə məhkum olundu. O, Raymanın iki qohumuna təcavüz etdikdən sonra belə etdi.[2] O, digər dörd cinayəti etiraf etdi[3] və onun DNT-si on yaşlı bir qız da daxil olmaqla, üç təcavüzlə əlaqələndirildi.[1][2][4] Həbs olunduqdan sonra o, Texas Cinayət Ədliyyə Departamentinin ağdərili əməkdaşı ilə bir mübahisə üstündə uzunsürən narazılıq səbəbindən beynində “ağdərili insanlara nifrət etdiyi” üçün bu cinayətləri törətdiyini bildirdi.[5]
Çester polis işçilərini, həbsxana gözətçilərini və hakimlərin ailələrini hədələdi və bir anda dedi “Əgər mən qaynımı vurmasaydım yenə də ağdərili insanları güllələyərək orada olardım.” [6] Məhkəmə əsasında Çester əvvəlcə aprel aprel ayının 4-də edam edilməsi müəyyənləşsə də, edam fərmanında səhv olduğuna görə tarix geri çəkildi.[7]
Edamı
redaktəİQ testlərində 70-dən az bal toplamasına, Texas Cinayət Ədliyyə Departamenti Əqli Qüsurlu Cinayətkarlar Proqramına daxil edilməsinə baxmayaraq,[8] Texas məhkəmə sistemi Çesteri edam etmək üçün qanuni olaraq səlahiyyətli olduğuna qərar verdi.[7] Çester faktları gizlətmək və öz mənafelərini qorumaq üçün yalan danışmaq, maska və əlcəklərdən istifadə etmək, evlərdə oğurluq etmək üçün evlərə girməzdən əvvəl xarici telefon xətlərini kəsmək bacarığına sahib olduğundan, inandırıcı şəkildə məqsədini qabaqcadan düşünməyi, planlaşdırmağı və kompleks həyata keçirməyi bacardığını göstərdi.[2] Buna görə məhkəmə Çesterin əqli qüsurlu olduğu iddiasını dəstəkləmək üçün sübutları yetərsiz hesab etdi. 2012-ci ilin oktyabrında Ali Məhkəmə Çesterin müraciətini dinləməkdən imtina etdi.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Elroy Chester, Texas man who confessed to 5 killings, executed by lethal injection" (ingilis). cbsnews.com. 13 iyun 2013. 29 dekabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2013.
- ↑ 1 2 3 Porter, Breck (2008). "Condemned Port Arthur Killer Waits for Execution Date" (ingilis). thepolicenews.net. 9 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2018.
- ↑ Dilts, Elizabeth. "Lawyers worry new measure of mental retardation could prompt more executions". newsandinsight.thomsonreuters.com. WebCite. 13 May 2013. 9 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
- ↑ 1 2 "Elroy Chester, Texas Death Row Inmate, Gets Case Turned Away By Supreme Court" (ingilis). huffingtonpost.com. 1 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2016.
- ↑ Porter, Breck (2008). "Elroy Chester executed for killing Port Arthur fireman" (ingilis). 12newsnow.com. 12 iyun 2013. 16 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2013.
- ↑ "Appeals court upholds death sentence for Port Arthur killer" (ingilis). Houston Chronicle. 30 dekabr 2011. 16 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2019.
- ↑ 1 2 Smith, Jordan (7 June 2013). "Death Watch: Chester to die June 12" (ingilis). The Austin Chronicle. 7 iyun 2013. 11 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2013.
- ↑ Smith-April. "Smart Enough to Die: In 2002, the Supreme Court banned the death penalty for mentally retarded defendants. Still, Texas finds a way" (ingilis). The Austin Chronicle. 19 aprel 2013. 19 aprel 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2013.
Xarici keçidlər
redaktə- Death Row Information: Elroy Chester Arxivləşdirilib 2018-12-19 at the Wayback Machine, Texas Department of Criminal Justice