Eldar Ismayilov Siyasetci - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Eldar Vəkil oğlu İsmayılov (25 yanvar 1949, Qaymaqlı, Qazax rayonu) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), "Şöhrət" ordeni laureatı.
Eldar İsmayılov | |
---|---|
oktyabr 1991 – 2 iyul 1992 | |
Sonrakı | Yusif Sevdimalıyev |
Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin sədri | |
dekabr 1990 – oktyabr 1991 | |
Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi | |
noyabr 1989 – oktyabr 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
|
|
Təltifləri |
Həyatı
redaktəEldar İsmayılov 1949-cu il yanvar ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Sumqayıt Kimya Kombinatına göndərilmişdir. 1971-ci ilin avqust ayında aparatçı kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ildən 1975-ci ilə kimi sex rəisinin müavini işləmişdir. 1976-cı ildə Ali Komsomol məktəbini, 1990-cı ildə isə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Siyasi-ictimai fəaliyyəti
redaktə1975-ci ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Komsomol komitəsinin katibi seçilir. 1978–1981-ci illərdə "Kimyasənaye" birliyində Baş direktorun müavini, 1981–1983-cü illərdə "Azkimyatəmir" trestində müdir müavini işləyib.
1983-cü ildə "Sintetik kauçuk" zavodunda partiya komitəsinin katibi seçilir.
1985-ci ilin yanvar ayından 1988-ci ilin sentyabr ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və Kimya şöbəsində təlimatçı vəzifəsində işləyir.
1988-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1989-cu ilin noyabr ayında Sumqayıt şəhər Partiya Komitəsinin 1-ci katibi, 1990-cı ildə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri seçilir. 1991-ci ilin oktyabr ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunur.
1992-ci ilin iyun ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa verir.
1993-cü ildən 1995-ci ilin may ayına kimi Azərbaycan Respublikası Nazirlər Kabineti şöbə müdirinin müavini vəzifəsində işləyir.
1995-ci ilin may ayından 1996-cı ilin may ayına kimi Sumqayıt Superfosfat zavodunun, 1996–2000-ci illərdə "Sintezkauçuk" zavodunun direktoru vəzifəsində işləmişdir.
1990-cı ildə Respublika Ali Sovetinin deputatı seçilmişdir. 1999-cu ildən 2014-cü ilə kimi Sumqayıt Bələdiyyəsinin üzvü olmuşdur.
2000-ci ilin avqust ayından 2002-ci ilin yanvar ayına kimi Superfosfat zavodunun direktoru, 2002-ci ildən 2014-cü ilə kimi "Sumqayıt Superfosfat" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində işləmişdir.
YAP Sumqayıt şəhər təşkilatının III, IV, V və VI konfranslarında təşkilatın şura üzvü seçilmişdir.
Hal-hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri vəzifəsində işləyir.
Təltifləri
redaktəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli 590 saylı sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ailəsi
redaktəAiləlidir, 3 övladı var.