Eldeydas - Wikipedia
Eldəydaş - Haqqında Məlumat
Eldəydaş — Tərtər rayonunun ərazisində dağ. Hündürlüyü 2150 m.
Eldəydaş |
---|
Toponimikası
redaktəEldəydaş Tərtər rayonunun ərazisində dağ. Murovdağ silsiləsindədir. Elbəydaş variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, dağ Elbəy adlı şəxsin yurd yeri olduğundan belə adlandırılmışdır. Oronim el (camaat, kökü bir nəsildən olan əhali qrupu, regional əhali), -dək (gəzdək, güzdək tipli terminlərdə olduğu kimi -laq/-lıq şəkilçisinə uyğundur) və daş (burada "dağ, qaya") komponentlərindən düzəlib, "elin cəmləşdiyi dağ", "yaylaq yurdu" mənasındadır. Qazaxıstanda Eltay, Krımda Eltək, Elteg toponimləri qeydə alınmışdır.[1]
İstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Şərq-Qərb I cild. Bakı-2007