Ekarma Bogazi - Wikipedia
Ekarma boğazı (rus. Экарма (Пролив)) — Sakit okeanına daxil olan Ekarma adasını Şioşkotan adasından ayırır. Oxot dənizini Severvina boğazı ilə birləşdirir. Uzunluğu 25 km, ən dar eni isə 8 km təşkil edir. Dərinliyi 900 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Nikonova, Qratovıy, Razvalnıy, Başmaçnıy, Cuprova (Şiaşkotan) və Lyutbıy, Kruqlıy (Ekarma) burunları vardır. Şərq sahillərində çoxlu sualtı və suüstü daşlı qayalıqlar vardır. Şiaşkotan adası yaxınlığında Drobnıy adası və Başmaçıy qayası vardır. Cənub-Şərqdə Zakatnıy buxtası yerləşir. Cuprova və Lyutnıy burnundan boğaz Severqina boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir. Adını yaxınlığındakı Ekarma adasından götürmüşdür.
Ekarma boğazı | |
---|---|
rus. Экарма (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 8 km |
Uzunluğu | 25 km |
Ən böyük dərinliyi | 900 m |
Yerləşməsi | |
48°54′49″ şm. e. 154°03′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Ekarma adasını Şiaşkotan adasından |
|