Dreyk Tenliyi - Wikipedia
Dreyk_tənliyi - Haqqında Məlumat
Dreyk tənliyi — qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul.
Formul aşağıdakı kimidir:
burada,
- — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı;
- — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı;
- — planetləri olan ulduzların xüsusi çəkisi;
- — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı;
- — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı;
- — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı;
- — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti;
- — bu sivilizasiyaların ömür müddəti.
Formul Kaliforniyanın Santa-Kruz Universitetinin astronomiya və astrofizika professoru Frenk Donald Dreyk tərəfindən 1960-cı ildə təklif olunmuşdur. Onun 1961-ci ildə ehtimal olunan rəqəmlər əsasında apardığı hesablama aşağıdakı kimi olmuşdur.
- R = 10/il (ildə 10 ulduz yaranır)
- fp = 0.5 (ulduzların yarısının planetləri var)
- ne = 2 (sitemdə orta hesabla 2 planet həyat üçün yararlıdır)
- fl = 1 (əgər həyatın yaranma ehtimalı varsa, o mütləq yaranır)
- fi = 0.01 (həyatın şüurlu formayadək inkişaf etməsi ehtimalı – 1 %)
- fc = 0.01 (sivilizasiyaların 1 %-i əlaqə yaratmaq imkanına malik olacaq və əlaqə qurmaq istəyəcək)
- L = 10 000 il (texniki cəhətdən inkişaf etmiş sivilizasiya 10000 il mövcud olur)
Bu təxmini hesablamaya əsasən N = 10 × 0,5 × 2 × 1 × 0,01 × 0,01 × 10000 = 10.
Tənlikdəki göstəricilərdən yalnız və astronomiyanın indiki inkişaf səviyyəsində müəyyən qədər dəqiq müəyyənləşdirilə bilər. Digər göstəricilərin müəyyənləşdirilməsi mümkün olmadığından Dreyk tənliyi kəskin tənqidlərlə qarşılaşmışdır.