Dolbadarn Qesri - Wikipedia
Dolbadarn_qəsri - Haqqında Məlumat
Dolbadarn qəsri - Böyük Britaniyada, Uelsdə yerləşən tarixi qəsr. XIII əsrdə Uels şahzadəsi Böyük Livelin tərəfindən istehkam kimi tikilmişdi. Uelsin şimalındakı Lyanberis bölgəsində yerləşir. Dolbadarn qəsri Böyük Livelinin güc və hakimiyyət simvolu olmuşdur. Qəsrin əsas xüsusiyyəti böyük daş kip olmasıdır. 1284-cü ildə kral I Edvard qəsri ələ keçirdi. Sonra qəsr məhv olmasına qədər malikanə kimi fəaliyyət göstərməyə başladı. Gözəl mənzərəsinə görə bu qəsr XVIII-XIX əsrlərdə rəssamların gəldiyi əsas yerlərdən biri oldu. Hazırda qəsr "Kadyu" təşkilatına məxsusdur və turistik məkan kimi istifadə olunur
Dolbadarn qəsri | |
---|---|
Dolbadarn Castle | |
53°06′59″ şm. e. 4°06′51″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Şəhər | Uels |
Yerləşir | Qvined |
Sifarişçi | Böyük Livelin |
Tikilmə tarixi | XIII əsr |
Vəziyyəti | xarabalıqları qalıb |
Rəsmi sayt | cadw.gov.wales/visit/pla… |
Böyük Britaniyanın qeydiyyata alınmış abidələri | |
İstinad nöm. | 21854 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |