Dag Masanli - Wikipedia
Dağ Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd.[1]
Dağ Maşanlı | |
---|---|
39°24′17″ şm. e. 46°42′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.240 m |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi maşanlı (və ya maçanlı) tayfasının dağlıq ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dağlıq ərazidə yerləşən Maşanlı kəndi" mənasındadır. Kənd bu adla rayonun ərazisindəki Maşanlı və ya Araz Maşanlısı kəndindən fərqlənir[2]. Cəbrayıl rayonunun digər kəndi - Maşanlı kəndini Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə belə adlandırılmışdır. Oykonim maşanlı nəslinin adını daşıyır[3].
Tarixi
redaktəAzərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Dağ Tumas kənd Sovetindən Dağ Maşanlı kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir.[4] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur[5]. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[5][6].
Coğrafiyası və iqlimi
redaktəKənd Qarabağ silsiləsinin ətəyində yerləşir[5].
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib[5].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Redaktor: Rübabə Əliyeva; Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva, İsmayıl Məmmədov, Fikrət Xalıqov; Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. İKİ CİLDDƏ. BİRİNCİ CİLD (PDF) (az.). BAKI: ŞƏRQ-QƏRB. 2007. 206. ISBN 978-9952-34-155-3. 2023-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-28.
- ↑ Redaktor: Rübabə Əliyeva; Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Roza Eyvazova, Gülşən Axundova, Şəms Qocayeva; Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. İKİ CİLDDƏ. İKİNCİ CİLD (PDF) (az.). BAKI: ŞƏRQ-QƏRB. 2007. 97. ISBN 978-9952-34-156-0. 2023-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-28.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ 1 2 3 4 "Cəbrayıl rayonunun Dağ Maşanlı kəndi". AZƏRTAC. 09.10.2022. 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Vətən müharibəsi » AZƏRBAYCAN » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
Həmçinin bax
redaktə Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |