Deyirmandag - Wikipedia
Dəyirmandağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndi Gərgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəyirmandağ kənd Soveti yaradılmışdır.[2]
Dəyirmandağ | |
---|---|
40°33′59″ şm. e. 45°41′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəKəndin keçmiş adı Koruşdu olmuş və ərazidəki eyniadlı bulaqla birlikdə koruşdu nəslinin adını daşımışdır. Sonralar Dərələyəz mahalından muradlı nəslinə mənsub, Qarabağdan qaraqoyunlulara mənsub, Dağıstandan gümüşlü nəslinə mənsub ailələr gələrək bu kənddə məskunlaşmışlar. Kənd ətəyində yerləşdiyi dağın adını daşıyır.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Dəyirmandağın ətəyində yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır.[4]
Tanınmış şəxsləri
redaktə- Faiq Qəzənfəroğlu — Jurnalist-filosof; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi.
- Rizvan Cəfərli — Hüquqşünas, şair-publisist.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
redaktəKənddə bir klub var.
Təhsil
redaktəKənddə bir orta məktəb, bir doqquzillik məktəb və iki ibtidai məktəb fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
- ↑ Dəyirmandağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |