Destegul - Wikipedia
Dəstəgül[1], Dostahir[2][3][4] — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Ağdərə rayonunun tərkibində bu adda kənd qeyd olunmur[5][6], 26 mart 1982-ci il tarixli Fərman ilə əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının təsdiq olunması qərara alınmışdı[7].
Dəstəgül | |
---|---|
40°19′17″ şm. e. 46°41′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 59 |
Tarixi
redaktəAzərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə bu kənd o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir[4].
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə Dostahir kəndinin əslində mövcud olmayan kəndlər kimi yaşayış məntəqələri siyahısından çıxarılmasının, bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı[7].
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı[8]. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun bir neçə yaşayış məntəqələri, o cümlədən Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi[9]. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[10].
Keçmiş kəndin ərazisi 1994-cü ilin mart-aprel aylarından[11] 10 noyabr 2020-ci ilə kimi erməni silahlı birləşmələrinin işğalı altında olmuşdur. İşğal vaxtı keçmiş kəndin ərazisini tanınmamış qondarma, özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran separatçı rejim nəzarətində saxlayırdı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq keçmiş kəndin ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır[12].
Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə[13] Ağdərə rayonu yenidən yaradılmış[14], və Çaylı kənd inzibati ərazi dairəsi, tərkibindəki Çaylı, Suqovuşan, Təpəkənd kəndləri ilə birgə Ağdərə rayonunun tərkibinə daxil edilmişdi.[13]
Haqqında
redaktəKeçmiş kəndin ərazisi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dostahir kimi rəsmiləşdirilmişdi. Yerli əhali keçmiş kəndin adını Tahir adlı şəxslə bağlayır. Tədqiqatçıların bir qismi toponimi XIX əsrdə qeydə alınmış qaraçorlu tayfa birliyinə daxil olan dəstagir tirəsinin adı ilə, digər qismi isə alban hökmdarı Vaçaqanın (V əsr) qızı Dəstəgülün adı ilə əlaqələndirir və guya keşmiş kəndin vaxtilə bu şahzadənin yay iqamətgahı olduğunu söyləyirlər. Əslində, oykonim dəstə (su arxı) və hır (axar) komponentlərindən ibarət olub, "axar su kənarında kənd" mənasını daşıyır. Keçmiş kəndin ərazisinin Kürəkçayın qollarından birinin kənarında yerləşməsi və Çaylı adlanan inzibati ərazi vahidliyinin tərkibində olması da bu fikri təsdiqləyir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. 162. ISBN 978-9952-34-155-3.
- ↑ "Топографическая карта K-38-142. Мардакерт". mapk38.narod.ru. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
- ↑ АЗЕРБАЙДЖАНСКАЯ ССР. АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ НА 1 ЯНВАРЯ 1977 ГОДА (PDF) (ИЗДАНИЕ ЧЕТВЕРТОЕ). Баку: Азернешр. 1979. 114.
- ↑ 1 2 Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.
- ↑ "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 31.
- ↑ 1 2 Az SSR Ali Sovetinin Məlumatları 1982 N 6.
- ↑ "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
- ↑ "Azərbaycan Respublikası Ağdərə rayonunun bəzi kəndlərinin Tərtər rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 13 oktyabr 1992-ci il. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
- ↑ NovostiNK. "НИКТО НЕ ЗАБЫТ?". NovostiNK (rus). 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
- ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
- ↑ 1 2 "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ "Алиев подписал закон о создании Агдеринского района". Интерфакс—Азербайджан. 2023-12-27. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.